Saturday, April 19, 2025

Ruhumu tapmaq istəyirəm

 Bir həftə işə getmədim. Xəstəliyi bəhanə etdim, bəlkə də xəstələnmişdim. Amma bilmirəm, bu fikirin (işə getməmək) mənim vicdan əzabı çəkməyimdən çox həyəcanlandırması mənə qorxu yükləyir. Allah tərəfindən işimi böyük bir nemət kimi görürəm, bu doğrudur. Həm də təkcə mən deyil, bütün ailəm, məni sevən hərkəs. Gözləntiləri doğrultmaq istəyərkən bunun mən olmadığını görmək məni düşündürür.  Bu aralar çox düşünürəm, həyatımda olan yeganə anlardandır ki, düşünmək xoşuma gəlir. Əzab məngənəsində boğulmuram, düşünmək istəyirəm. Bütün yaşadıqlarımı düşünmək üçün bolca vaxtın var. Let's break down all this shit

1- Mənim 2 ana xüsusiyyətim var 1-düşünmək, 2- tənbəllik. Bu iki xüsusiyyətlər həyatımda böyük imkanlar açıb, eyni zamanda fəaliyyətimi məhdudlaşdıırb. Düşünmək - hər poxu, hər zir-zibili analiz etmək bəzən mənə çox kömək etsə də, uzun müddətdə məndə takıntı vərdişimi inkişaf etdirdi. Mütləq həqiqətin olmaması gerçəyinə isə çox gec gəlib çıxdım. Yaşamaqdan çox düşünmək ürküdücüdür, yorucudur və enerji əmicidir.

Tənbəlliyim isə mənə başqa horizontlar açdı. Hər hansı işi görməyə həvəs qalmadığı üçün həmişə ən qısa yolu mən tapırdım. Bu mənim kənardan zeki insan kimi görünməyimə dəstək versə də, bu eyni zamanda mənə bolca vaxt boşluğu verdi. Hansı ki, o vaxtı götürüb yenə düşünməyə xərclədim, xərcləyirəm. Bəli, işi sevməməyimin səbəbi budur - bol vaxtım var düşünməyə, az həvəsim var işləməyə. Özümdə motivasiya yaradaraq birşeylər etməyə çalışıram. Bu halımı sevirəm, sağolsun, mən məndən əl çəkəndə belə o məndən əl çəkmədiyi üçün həyatda qalmışam. İndi bu hala tutunub 1il daha korporativ mühitdə davam etməyi düşünürəm. Daha sonra isə, ağlımdan çıxmayan bir fikir var - hərşeyimi satıb ölkədən getmək. Heç yerə, heç kəsə aid olmadan yaşamaq. Acından ölməyəcəyimə əminəm.

Burda qurduğum bağlantılar bir-bir cürüyür, yaratdığım fəlsəfə özünü doğrultmadı və sonda 37 yaşımda ruhumu tapa bilməmək qorxusu ilə üz-üzəyəm.

Xəstələndiyim gecə səhərə qədər qarabasmalarla üzləşirdim. Bir müdrik şəxs beynimin içində oturub mənimlə söhbət edirdi və deyirdi -

Dünyada yaxşı və yaxud pis insan yoxdur. Dünyada ruhunu tapan və tapmayan insan var. Ruhunu tapan insan başqa insanın ruhuna, cisminə zərər verə bilməz. Və təəssüf olsun ki, əksər insanlar öz ruhları ilə tanış olmadan həyatdan köçürlər. Depressiyalar, mənəvi acılar kəşf edilməyi gözləyən ruhun iniltisidir. Yalnız ruhunu tapan insan tam azad və xoşbəxtdir.

Bunu eşidəndən biraz daha fərqli yanaşıram bəzi şeylərə. Acılara baxıram - həzz əksikliyi qaynaqlıdır. Əyləncəm yoxdur, çox pulum yoxdur və ya məni sevib sarıb sarmalayan, yoxdur. Ya da rəngarəng insanlar yoxdur həyatıımda deyə üzülürəm əksər vaxtlar.

Ruhumla bağlantımın qoparılmasında müstəsna xidmətləri olan şeylər. İndi isə yalnızlığımı daha yaxşı başa düşürəm. Bu şüurlu seçilmiş yoldur, bu mənim yolumdur. Bəli, bəzən götdüyümdən doğan yalnızlığım var. Amma o da okeydir. Həyat başdan ayağa balans və ya təzminatdır. Güclü olmağın təzminatı yalnızlıqdır. Və ya ağıllı olmağın (pizdes ağıllıyam məncə mən, bütün səhvləri səhv olduğu üçün etməyi seçən).

Yazımın bu yerində narssistimi xatırlamaq istəyirəm yenə. 3 aydan çoxdur əlaqəmiz yoxdur. Amma beynimdən, ağlımdan çıxmırdı. Yalnızlığımla onun əlaqəsini heç anlamamış kimi. Yaşadıqlarım haqsızlığı romantikləşdirirdim bu aralar beynimdə. Özüm də bilmədən kopilkama atıb "üzülməyə bonusdan bir səbəbim olsun" deyə. Amma dostum, nə qədər romantikləşdirirsən romantikləşdir, aşa bilmədiyim sevgi deyil, mənə edilən haqsızlıqdır. Dünən vaxt ayırdım bu məsələni düşünməyə, və səbəb çox bəsit idi "o məni istəmədi". Bu həqiqəti öyrənmək mənə qarşı edilən haqsızlıq qədər canımı yandırmadı, hətta bunu qəbul etdikdə ortada haqsızlıq qalmadı sanki. Ondan əvvəlkilər kimi, bəlkə ondan sonrakılar da elə olacaq. Bilmirəm. Necə ki, nə qədər adamın həyatını çirkinləşdirdiyimi və gözəlləşdirdiyimi bilmədiyim kimi.

Düşünmənin yorucu tərəfi ondan ibarətdir ki, bir həqiqətin tapıldığı zənn edilən gerçəklikdə bir çox yalanlar və qorxular da gizlənib. Bütün bunları üyüdüb düşünərkən "bəs sənin həqiqətin nədir" deyə səs ucalır içimdən. İndi sənin bol vaxtın var deyə belə yanaşırsan məsələlərə. Boşsan deyə ağıllı olmaq obrazı yaratmaq cəhdi deyək. Biraz həyatın rənglənsin sən o həyatı həqiqət zənn edəcəksən.

Doğurdan da belədir, özümün harda və gerçək mən olduğumu bilmədən yaşayıram mən də. Düz 37 ildir, bu hal komfort zonasında oturub fəlsəfə edən mənim ruh halıdır. Amma bu gerçək mənəm mi? Dəli olur adam düşündükcə.

Amma bu həyat bir səyahətdir. 0 məntəqəsindən sən-ə çatan bir səyahət. Bu davam etdikcə, sorğuladıqca gerçəkliyi tapacağıma inanıram. Hələliksə cheers!

No comments:

Post a Comment

YAS

16 yaşım olanda nənəm rəhmətə getmişdi. Hamı bunu normal qəbul edirdi. Mən də məntiqi son olaraq bunun bu cür olacağını bilirdim, amma norma...