Thursday, April 24, 2025

Səni xilas elədim inan mənə

Bu gün ilk dəfə uşaqlığım üçün darıxdım

Uşaq halımın mənim indiki halı üçün darıxdığı qədər

Sonra onu zehnimdə aradım, yanında dayandım

Onun məndən qorxmadığından əmin olmaq istədim

Məni sevmək istəməyindən qorxduğum qədər

Çaşqınlığı başadüşüləndir, qorxusu kimi

Sakitcə çağırmaq istədim 

Amma onu qucaqladım biixtiyar

Gözyaşları sel oldu

"Dərinliyində boğulanların meyidlərini burax" deyəndə

Əslində dərinliyini sev demək istəmişdim

"Xilaskarlara özündən çox güvənmək böyütmür" de
mək istədim

Amma "Səni xilas etdim" deyə bildim

Mən sənə cümlə qura bilməzkən 

Sənə lazımsız olduğunu necə inandıra bildilər 

Düşündüm, qəzəbləndim

Saçların yenə dağınıq idi indiki fikirlərin qədər

Amma həyəcanımız eynidir, gözümüzdəki işıq kimi

Nə dağılmış saçlar,nə uzun yollar, nə gecə kabusları

Ən böyük varisdir səndən işıq mənə💜

Səni xilas elədim, güvən mənə

No comments:

Post a Comment

YAS

16 yaşım olanda nənəm rəhmətə getmişdi. Hamı bunu normal qəbul edirdi. Mən də məntiqi son olaraq bunun bu cür olacağını bilirdim, amma norma...