Sonra dedim gözəl qızım, hamıya yaranmağa çalışırsan özünü pis etməklə, bəsdir, boş ver. Özünə xidmət et biraz. Sonra çox emosiya yaşamadım. Nə pozitiv nə neqativ. Bunun yaxşı və ya pis olduğunu bilmirəm. Hətta uçuş boyunca dayanmadan yatdım, 8 saat gözləmədə də yatdım, heç kimi , heç nəyi düşünmədim.
Xülasə, mən uzun müddətdən sonra diqqət çəkməməyə meyl edirəm artıq. Kimisə istəmirəm, diqqətini, özüm üçün də darıxmıram. Bilmirəm nədir bu. Yunan dostum bildi Maltaya gələcəyimi o da gəldi. Onunla vaxt keçirəndən sonra otağıma girib, əşyalarımı otaqda yerləşdirmək bəlkə də, indiyə kimi səyahətimin ən gözəl anı idi mənim üçün. Özümün özümə ən güvənli liman olduğunu bilmək, ətrafdan ümidini kəsib özünə bağlanmaq yəqin ki, yaxşıdır.
Yağış yağır. Deyirəm dua edim. Əvvəl bir neçə xəyalım var idi - ana olmaq, xoşbəxt ailəm olsun, çox uğurlu və imkanlı həyatım olsun. Bunların heç birini diləmək də keçmir içimdən. Özümü söküb sanki yenidən yığıram. Bu biraz vaxt alacaq. Amma əsla depressiyada deyiləm, əksinə uzun müddətdən sonra əminliklə deyə bilərəm ki, sağalmışam artıq. Neçə ildən sonra ilk depressiv olmayan səyahətimdir şükür.
Həyat özü də bir səyahət deyilmi? Yola çıxırsan, sonra yolda təyinatın, istiqamətin, istəklərin, istəmədiklərin, təcrübələrin məlum olur. Mən çox inanıram ki, Allah mənə göstərəcək nəyin mənə lazım olub olmadığını. Hərşey yaxşıdır, daha da yaxşı olacaq! Şükür
No comments:
Post a Comment