Monday, February 24, 2025

Mastrubasiya

 Qar yağır. Bütün zərafətimlə - kosmonavtlı sviterimi geyinib, üzərinə ana nənəmin şalını taxıb kofe şopa gəlib blogumu yazıb birilərinin ağzına sıçmaq məqsədilə evdən çıxdım. Bütün gün işdə kaşki tez iş saatı keçsəydi evə gedib əylənsəydim deyib, evə gəlib bir iki kasa qəm yeyib yenə özümü çölə atdım. Dağa - daşa çıxmağın mənası yoxdur, xroniki yalnızlıqdan əziyyət çəkirəm. Deyirləree özünü sev. Pox yeyirlər. Mən özümü blet sevirəm, yemək bişirirəm, özümü çimizdirirəm, özümə baxmağa filmlər, oxumağa kitablar tapıram. Noolardı məni biraz da başqaları sevərdi. Hamını döymək istəyirəm, hamını. Amma ən çox anama küsmüşəm sanki. Atama da. Anam nəvəsiylə vaxt keçirir bütüngün mənim sağ olmağımı bilmək onun üçün kifayətdir. Atam isə ancaq özündən danışır. Öz hekayələrindən nailiyyətlərindən. Hamı bır cığır tapıb gedib, görəsən ən tək mən qalmışam? Yoxsa özümü qısnayıram? İçki də olmaz, dişimi sıxıram deyə botoks etmişəm. Ən pisi odur ki, dostum heç yoxdur. Bir dənə də. Ən yaxın saydığım uşaqlıq dostum belə mənə yaddır. Bezib problemlərimdən sanki. Ona belə ürəyimi açmaq istəmirəm.

Allaha dua edirəm, madən vermisən belə taleyi bunu qəbul etməyə də birazcık müdriklik ver deyə. Əslində baxıram münasibətlərə sikik gəlir mənə. İdmanda zadda gədə-güdələrdən biri yaxınlaşanda itsifət bibi mode-um da çıxır. Hamını cındır hesab edirəm. Bəlkə də, problem budur - HAMINI CINDIR HESAB EDİRƏM. Amma istəyirəm ki, biri də çıxıb desin ki, hamı cındır deyil və bunu mənə sübut etsin.Mənim pişiklərim var - xoşbəxt yaşamağa layiqəm.

Digər tərəfdən də xoşbəxtliyimin bu ölkədə olmadığı hiss edirəm. Bütün hesablarımı bağlayıb, telefon nömrəmi dəyişib, hərşeyi silib bu ölkədən getmək istəyirəm. Hamını, hərşeyi arxada qoyub. Bu insanlarla deep connection yaşaya bilmədim. Kimə güvəndimsə göt çıxdı. Bəzən mən də göt çıxdım, o ayrı. Amma bunun səbəbi mənə daha çox göt çıxdıqları üçündür. Elə qorxuram ki, birinə yaramı, acımı, təkliyimi göstərim. Çünki, adım kimi əminəm ki, ordan vuracaqlar. Söz vermişəm də, psixologa, numerologa, tarologa, ostorloqa, sikologa getməyəcəm. Ona görə bu halla mübarizə aparmağın yollarını tapmağa çalışıram. Nəysəki, 3 həftəyə sikdirib gedirəm Maltaya bəlkə enerjim dəyişər.

Narsist tələsinin periodik krizi də var təbiiki, 2 həftədən bir tutur sonra buraxır. Bəzən öz-özümə deyirəm tötəş, darıxırsan, artistlik eləmə. Amma sonra yadıma düşür nə üçün darıxımee, bir neçə aydan bir 1 gün bomba yaşayıb aylarla özümü göt kimi hiss etməkdənsə indi 2 həftədə 1-2 gün göt kimi hiss etmək okeydi.

İndiki ağlım olsaydı 5-10 il qabağkı mənə tövsiyyə edərdim ki, hamıyla münasibəti bomba qur amma heç kimi ürəyinə yaxın buraxma. Mən də hamını ürəyimə yaxın buraxmışam.

Ümidim varmı? İnsanlarla bağlı çox olmasa da, özümlə bağlı biraz var. Bu da madiyyatla bağlıdır. Biraz da özümü hər keçən gün daha gözəl və daha qadın kimi hiss edirəm. Havalar isindikcə. Düzdü indi qar yağır ama yenə özümü gözəl hiss edirəm hamıdan. Deyəsən narssistəm. Narssit demiş o nə pox yeyir görəsən?

Ruhum - uff...Həm  fərqlidir, burdan deyil. Həm də dəcəldir. Yaxşı ki, dəcəldir həm də. Yoxsa çoxdan özümü öldürmüşdüm. Özümü bura aid hesab etməsəm də, özümə soxuşdurub birşeyləri yaşamağa çalışmağım da maceracı götümdəndi. İşə də yarayıb çox vaxt. İndi durğunluqdur, işimdən dolayı, bəlkə də yaşımdan dolayı flirt edə bilmirəm day. Yaşanmışlıqlardan dolayı da iyrənmişəm insanlardan. Sakitçilikdir deyə, biraz qaşınıram. Amma hüzuru rahatsız etməkdən əl çəkməliyəm, eyni zamanda yeni rənglər də tapmalıyam.

Thursday, February 20, 2025

Qabığı qırdım sanki

 Nəhayət ki, qabığımı qırıb yeni insan çıxartmağı bacardım içimdən. Mənasız münasibətlər, təklikdən qorxma, intriqa sevdası, istədiklərinin olmaması isterikası, iş yerində narahatlıq, qayğılar,  narsisti, dəlisi, dülüsü hər şeyin yekunlaşdığını görürəm, qəbul etmək mənə çətin gəlirdi. Amma artıq qəbul da etmişəm. Bunlarla əlaqəm get-gedə incəlib itdikcə içimdə qəribə boşluq əmələ gəlirdi. Bu boşluq məni qorxudurdu, çünki onlarla içimi doldurmağa öyrənmişəm. Üzülmədən, acı çəkmədən ağladığım anlar da oldu son zamanlar. Məyərsə adaptasiya imiş.

Niyabrdan əsası qoyulan depressiyadan çıxma anını deyəsən uğurla tamamladım. Əvəzində içimdə çiçəklər açacağını gözləyirdim. Amma əksinə oldu - artıq vicdan əzabı çəkmirəm. Bəlli ki, biraz qəddar olmuşam. Ya da qətiyyətli. Amma hər şeyin adını qoyan. Da, hər şeyin adını qoymaq həyatını işini asanlaşdıran əsas məsələlərdən biridir. Bunu etdikcə, fikirlərini ifadə etdikcə, özünü rahat izah etdikcə bir çox məsələ ortadan qalxır.

Yol aydınlanır sanki. Nəyin doğru, nəyin yalnış olduğunu görməyə başlayıram yavaş- yavaş. Çox az biraz qıcığım qalıb. Bir çox insanı tupoy hesab edirəm, çox az insanı sevirəm. Qalanı isə düzəlir şükür Allaha



Friday, February 14, 2025

14 fevral - sevgililər günü

 Bu gün əslində post açmayacaqdım. Bu aralar ümumiyyətlə çox post paylaşmağın tərəfdarı deyiləm artıq, öz düşüncələrimi biraz məhdudlaşdırmaq istəyirdim amma belə gətirdi. 

Səhər işə gələndə otağımın açarını yaddan çıxardıb kurtkamın içində qoymuşdum.  Digəri açarı itirdiyim üçün məcbur basıb bankama gözlədim nə etmək olar. Binanın ustabaşısı düşdü yadıma ona zəng elədim dedim, sağolsun 15 dəqiqəyə hardansa açar tapdı gətirdi məni mətbəxdən xilas etdi.

Bir xeyli yuxumun gəldiyi, özümün işə verməyə çalışıb bəzən uğuru olduğum, amma durmadan "tez evə gedim, sexy pijamalarımı geyinib yatım" deyə xəyalını qurduğum günün ardından qaça-qaça evə yol aldım. Evə çatana yaxın evin açarının da evdə unutduğumu aşkarladım. İstədim deyim sikim səni, sonra yadıma düşdü ki, söyüş söymürəm. 

Çox havalanmışam, disconnetdəm özümlə amma səbəbini bilmirəm. Nədən sonra başladı bu məsələ?

Aaa right! Narsist döngüsünün öyrəşdirim vərdişləridir.

Yən üzülməm üçün heç bir səbəb yoxdur, uyşşş. Yadımdan çıxmışdı, tez dəyişim fikrimi


Tuesday, February 11, 2025

Fəlsəfə is the answer!

Yadıma gəlir o vaxt universitetə hazırlaşarkən atamın çox savadlı lakin alkaş dostu var idi biryerdə içirdilər. Lakin, mən o adamı mentor olaraq görürdüm nədəndə. Düzdü, adam özü maşında yaşayırdı, ailəsini, uşaqlarını itirmişdi amma nədənsə onu dinləmək mənə çox gəlirdi. O mənə tövsiyyə etmişdiki, fəlsəfə oxu. Fəlsəfə də yazmışdım əslində amma İncəsənət oxudum. Atam da onsuz "qadın filosof olmayıb heç" demişdi. Üzərindən keçən 20 il ərzində fəlsəfəni unutmağım özümü unutduğum zamanlara təsadüf edir. Nə zaman ki, ətrafımda əyləncə çox olub, evli olmuşam, məişət məni öz caynağına keçirib, əslində elə bilmişəm ki, xoşbəxtəm o zaman fəlsəfə yadıma düşməyib. Amma hər zaman, diziüstdə çökəndə əlimdən çox tutub.

 ___ 


 10 gündür içimdə boşluq var, daha doğrusu hissizlik. Heçnəyə üzülmürəm də, sevinmirəm də. Belə qəribə. Bugün səhər 8-də budilnik çaldı. 11-də yermdən çıxdım, işdə 12də gəlmişəm. Gələn kimi, biraz vicdan əzabı çəkmək haqqında düşündüm, sonra çəkmək istəmədim. Hər şeyi başa düşürəm axı, artıq. Təqdiralmaq istəyindən qaynaqlanan əsəsbi, və yaxud günah hissinin verdiyini mutsuzluğu. Hətta niyə bu qədər qurban olmuşam, onu da indi başa düşə bilirəm. Çünki mən insanları "yaxşı", "pis" deyə kateqoriyalaşdırmışam. Elə olduğu təqdirdə bunların arasında məsafə və xətt müəyyən etmək yorucu olur və nəticədə bugün yaxşı olan sabah pis ola bilər. Odur ki, boşdur insanlar da. Hərə özünə görə. Düzü, kimsə sənə xidmət edə bilər, xidmət etməsi bitdiyində isə getməlidir. Bu qədər bəsit. 
 
____ 

 
Bircə beynimi qurcalayan madiyyatdı indi. O da səmimiyyətsiz ağrıdır, özünü başqa cür təqdim edə bilməmənin acısı zad. Amma qalan bütün yarış və müsabiqələrdən könüllü imtina etmişəm. Görəsən depressiyadı bu? Yoxsa depressiyanı yenəndən sonra gələn müdrikləşmə və güclənmə? Hər nədisə çox da qozuma deyil

Wednesday, February 5, 2025

Zor eləmişəm!

Çoxlu şeylər yazacaqdım yolda gələrkən, ağlımda hər fikri möhkəm hafizəmə yazıb 6-cı Paraleldə yerləşən London fog verildiyi second cup-a gələrkən hamısını bloga qusmaq var idi planda. Amma bura gələrkən içimdən gəlmədi, Pufff uçb getdilər. Necə ki, beynimin içində böyütdüyüm məni məhv etməsinə icaze verdiyim mənasız qorxularım kimi.Of bir də mənasız insanlar... Hansı ki, onlarsız yaşaya bilməyəcəyimi zad düşünürdüm. Hamısı necə pufff olub getmişdisə. Hər şey mənasını itirib, lakin mən... Mənim üçün daha mənalı olmağa başlamışam.Lan hamı bi çıqqan yaşayıb rədd olub gedəcək,bu qədər niyə böyütmüşəm ki. Zor eləmişəm!Nə etmişəmsə indiyə kimi. Koroçe, yuxarıdakı mətndən başa düşdüyün qədəriylə heçnəyi və heç kimi qozuma almama dönəminə qədəm basmışam. Hope we clear with that - Bomba nağıllar yazıram uşaqlar üçün. Səbirsizliklə kitabımı çap edib, youtube kanalımı açmağı hədəfləyirəm. - İşdə hər şey qaydasındadır, çünki qozuma almıram. İşləyirəm və hisslərim mənim böyük yüksəliş məni gözləyir deyir. Amma sakitəm. Hər şeyə okeyəm. - Narsist də osdurdu. Off 2 ilimin cəzaçəkməsi bitdi.Özümü necə belə bir poxa salmağı bacardım, bu qədər yaşanmışlıq və təcrübəylə bilmirəm. Amma zor eləmişəm bunu da! - Maşını satmışam. Daha yaxşısını alacam deyə. Hələ ala bilmirəm, amma alacam. Onu da satmaqla zor eləmişəm. Nə bomba şeyd təslimiyyət. Kontrolun ipini kontrolun götünə soxub əl çəkmək hərşeydən. Kainatın sənə hazırladıqlarını qəbul etməyə hazır vəziyyətə gətirmək özünü. Həm də, özümü aldatmıram, ola bilsin ki, yazdıqlarım və hiss etdiklərim olmaya bilər. Amma bu da qozuma deyil, desəm? Əslində fikirləşirəm ki, mən ömür boyu xoşbəxt ruh olmuşam amma biraz drama sevən xoşbəxt ruh. Ən götəş vaxtlarımda belə, güzgüdə özümü görüb "blət, nə gəşəng görünürsən" deməyi bacarmışam. Ya da ən depressiv halımda özümə bir əyləncə təşkil edib, özümə rəng qata bilmişəm. Ya da özümü ələ sala bilmişəm, özümlə əylənməyi də bacarmışam. Bəzən sadəcə özümə yazığım gəlib nə vaxtsa onu da zor eləmişəm! Mən mənm işığımın olduğuna inanmağa başlamışam. Özü də lap möhkəm inanmağa başlamışam. İşığım məni aparacaq təyinatım üzrə, mənə yetirəcək insanları yenə təyinatı üzrə. İşığıma güvəndiyim üçün heç kimin işığını qısqanmıram və gözüm heçkimin işığında deyil.

YAS

16 yaşım olanda nənəm rəhmətə getmişdi. Hamı bunu normal qəbul edirdi. Mən də məntiqi son olaraq bunun bu cür olacağını bilirdim, amma norma...