Hər sıfırlanma nöqtəsində özümü kəşf etdiyim bir reallıqdır. Yenidən bu müddətə başlamışam. Mənim dəli kimi düşünüb, mənə yazmağını istədyim
adamların susması, insanların mənim yanımdan yan keçib "Blaa, bu da necə möhtəşəm olduğumu fərq etmədi" deyə deyinməyim, ya da bütün gün sosial şəbəkələrdə sevmədiyim insanların həyatını izləyib bir faydalı iş görmədən içimdən onları tənqid etmək mənə artıq həzz vermir. Hətta çox deyim, məni incidir artıq. Beynimdə yara var sanki, hamı yaşaya bilir amma məni gəmiyə almayıblar yaşamaq üçün. Çox sorğuladım, bu zamanda, yəqin ki çox güclü görünürəm bu zəhlətökən görünür, ya da nəbilim çox control freak-em bu insanları yorur, psixologuma daha çox pul verim, daha çox əziyyət çəksin xoşbət olum - deyə düşüncələr zad öz final məqsədinə xidmət etmədi. Sonra yenə, kimdənsə bir xəbər gözləyərkən yadıma ən çox xoşbəxt olduğum an gəldi. Bu Fransada Grasse şəhərindəydi, istəmədən, tənbəlliyimə baxmayaraq bilet alıb getmişdim. Səyahatə tək çıxdığım kimi, qatarda da tək idim, demək olar heç bir sərnişin yox idi. Şəhər də qəribə idi. Amma mən orda özümlə qaldım, çoxdan darıxdığım sevgilimlə sanki. Yaxşı yerlərə getdim, bəzən deyindim, maraqlı yeməklər aldım, arada siqaret çəkdim, sonra şokolad fabriki gördüm girdim şokalad aldım, dar küçələri tək başına gəzərək şokoladımı yedim. Necə gözəl idi...Mən heç kim üçün bu qədər darıxmıram :( özüm üçün darıxdığım qədər. O qədər küsdürmüşəm, uzaqlaşmışam ondan, başqalarına məna yükləyərkən onu unutmuşam. Bəlkə də, o da bir yerdə mənim zəngimi mesajımı gözləyir. Gözlədiyim, istədiyim insanlardan xəbər gəlmədikcə vəhşiləşib, aqqresivləşdiyim kimi, onu da öz cənnətimdən qovmuşam.
O qədər yeni emosiyalar kəşf edə bilərik ki, BƏRABƏR. Onun varlığına ehtiyacım var, əlimdən tutmasına. Bəlkə bu səyahətə çıxmağımın səbəbi " başım özümə qarışar, bu müddətdə istədyim adamlardan yaxşı xəbərlər gələr və göyə uçaram" sevdasıdır, bilirəm amma bu yola gedəcəm özümlə yenidən tanışlığa. Bitch, əslində ən bariz sübut odur ki, sən olmasan istədyin, sevdiyin insanlar olmaz. Onlar orda idi, var idi çünki sən var idi, çünki fiziki olaraq elə görünürdün, enerji olaraq elə idin. Həyatının əsl qəhramanı sənsən, bunu nə zaman unutdun? Əslində bilirəm, nə zaman unutdum, sevgi və qayğını görmədiyim uşaqlıq illərində ilk sevgini kənarda görəndə bunun əslində alüdə edici bir zəhər olduğunu anlamadım. Sonra insanların istədikləri obrazlara büründüm, daha çox mənə o diqqət zəhərindən versinlər deyə. Sonra asılılıq və sonra xəstəliklər, sonra da bildiyin bu bədbəxtliklər. Bir plan və yol xəritəsi üzərindən hərəkət etmək lazımdır. Aşağıdakı ilkin etaplarda edəcəklərimizdir:
1- Qınamaqdan əl çək! İnsanları, vəziyyətləri qınama, sadəcə burax. Qınadıqca özünün də sevilməməli insan olduğunu görürsən.
2-Hər zaman özünü söhbətə qat! İnsanlar və vəziyyətlərə bağlı uzun uzadı xəyala dalıb orda özünü zorladığın anda dur və komandaya özünü daxil et "sən nə düşünürsən" deyə soruş və içindəki səsin çox vaxt "sikdir et bu insanı, mənə yemək bişir, ya da mənə mahnı qoş oynamaq istəyirəm" dediyini görəcəksən. ÇÜNKİ SƏN ORDA TƏK DEYİLSƏN, ÖZÜNLƏSƏN, QORXMAĞA EHTİYAC YOXDUR!
3-Bunu başa düş, heçkimin həyatı səninkindən yaxşı deyil. Sən o sikdiyin insanların həyatında 1 gün yaşasan sıxılarsan. Sadıcı sənin beynin başqa cür işləyir. Bu qüsur deyil, amma fərqli yanaşmadır. Yəni, sən əksik deyilsən heçkimdən, əksinə sən fərqlisən.
4-Sosial media asılılığını bitir sabahdan!
5-Hər gün özün üçün bir şey et. Hətta al sənə qarşıdakı ilk 5 gün üçün plan:
26 dekabr- Şəkər yemə, üzməyə get
27 dekabr -Şəkər yemə, yogaya get və date-ing et amma kafana takmadan
a28 dekabr - Dənizə get, kitab oxu, şəkər yemə, axşam üz
29 dekabr -Şəkər yemə, rayona və ya dənizə get, let go kitabının 100 səhifəsini oxu
30 dekabr - Şəkər yemə, üz və yeni il üçün plan və proqramını yaz!
6- Yuxarıda yazdıqlarını bir daha oxu! Hər gün oxu!