Günəşi yedim!
Monday, May 26, 2025
YAS
Monday, May 19, 2025
Petra yıxıldı, mən doğuldum
o qədər uzun-uzadı yazaram ki...
ya da dayanmadan şükür, şükür, şükür yaza da bilərəm. Şükür sağalmışam.
Bu ruhun həbs yatması kimi bir dövrü idi, cəzamı çəkdim və bitdi. Çox yaxşı hiss edirəm, şükür. Bütün daşlar yerinə oturub, O qədər yerimdəyəm ki, birdən küləklə bərabər üzumə xoşbəxtlik dəyir. Tüklərim biz-biz olur. Allah mənə şans verdiyi üçün ona sonsuz minnətdaram.
- Dünən uzun müddətdən sonra shopping elədim. Yenə də həmişəki kimi geyinmədən, yoxlamadan aldım, dedim olmasa qaytararam amma hamısı bomba oldu
- Hər gün evdə özümə yemək bişirirəm hətta həftəlik menu hazırlamışam
- Maddi sıxıntıların geridə qaldı, hətta pul yığmağa başlamışam
- Yunan dostumu blok elədim (uzun söhbətdi enerji vermək istəmirəm), date elədiyim oğlanı yola saldım. Yox deməyi bacardım deyəsən
- İşdə bir neçə məsələ oldu, mövqeyimi qoydum və gördüm ki, yenidən hörməti geri qazanmaq olur. bəzən üzüyola olmaq deyil, öz mövqeyində qətiyyətli olmaq lazımdır
- məhsuldarlığım artıb, procrastinatingim azalıb
Thursday, May 8, 2025
Yaşamaq
Burnuma hər tərəfdən çiyələk iyi gəlir.
Siqareti tərgitmişəm evdən də çiyələk iyi gəlir.
Üzülməyi də tərgitmişəm, çünki özümü üzməyi buraxmışam.
Treynerimi işdən çıxardıqları üçün idmanı tək edirəm, və çoox sevirəm idmanı artıq.
Saçımdakı qaynaqları sökmüşəm, öz saçım ipək kimidir və parlaqdır.
7 nöqtə etmişəm üzümə, hell yes çox bomba şeydir.
Burnuma iş yerində də çiyələk iyi gəlir.
Sabah 9 may qələbə günüdür. Mən bugündən qələbəmi qeyd edirəm!
Özümdən aldıqlarımı özümə qaytarmaqla başlamaq olar həyata.
Saturday, May 3, 2025
Budda kimi düşünüb kölə kimi yaşamaq
Sunday, April 27, 2025
Özümə görə tötəşəm
Hər şey bombadı. Həyatıma birini almağa çalışıram, işim şükürlər olsun bombadı, evim də təmiz. Narsistim də çıxıb, bütün layiq olduğum cümlələrin bir hissəsini quraraq. Amma narahatam. Bilirsən bu narahatlıq nədir? Öyrəşmədiyim sülhün narahatlığı, ya da özümü inandırdığım yaxında baş verəcək narahatlığın işarəsi.
Anyways, yaxşı xəbər ondan ibarətdir ki, mən ruhumun fərqliliyini görürəm və bununla mübarizə aparmıram.Axına buraxmışam özümü.
Thursday, April 24, 2025
Səni xilas elədim inan mənə
Bu gün ilk dəfə uşaqlığım üçün darıxdım
Uşaq halımın mənim indiki halı üçün darıxdığı qədər
Sonra onu zehnimdə aradım, yanında dayandım
Onun məndən qorxmadığından əmin olmaq istədim
Məni sevmək istəməyindən qorxduğum qədərÇaşqınlığı başadüşüləndir, qorxusu kimi
Sakitcə çağırmaq istədim
Amma onu qucaqladım biixtiyar
Gözyaşları sel oldu
"Dərinliyində boğulanların meyidlərini burax" deyəndə
Əslində dərinliyini sev demək istəmişdim
"Xilaskarlara özündən çox güvənmək böyütmür" de
mək istədim
Amma "Səni xilas etdim" deyə bildim
Mən sənə cümlə qura bilməzkən
Sənə lazımsız olduğunu necə inandıra bildilər
Düşündüm, qəzəbləndim
Saçların yenə dağınıq idi indiki fikirlərin qədər
Amma həyəcanımız eynidir, gözümüzdəki işıq kimi
Nə dağılmış saçlar,nə uzun yollar, nə gecə kabusları
Ən böyük varisdir səndən işıq mənə💜
Səni xilas elədim, güvən mənə
Saturday, April 19, 2025
Ruhumu tapmaq istəyirəm
Bir həftə işə getmədim. Xəstəliyi bəhanə etdim, bəlkə də xəstələnmişdim. Amma bilmirəm, bu fikirin (işə getməmək) mənim vicdan əzabı çəkməyimdən çox həyəcanlandırması mənə qorxu yükləyir. Allah tərəfindən işimi böyük bir nemət kimi görürəm, bu doğrudur. Həm də təkcə mən deyil, bütün ailəm, məni sevən hərkəs. Gözləntiləri doğrultmaq istəyərkən bunun mən olmadığını görmək məni düşündürür. Bu aralar çox düşünürəm, həyatımda olan yeganə anlardandır ki, düşünmək xoşuma gəlir. Əzab məngənəsində boğulmuram, düşünmək istəyirəm. Bütün yaşadıqlarımı düşünmək üçün bolca vaxtın var. Let's break down all this shit
1- Mənim 2 ana xüsusiyyətim var 1-düşünmək, 2- tənbəllik. Bu iki xüsusiyyətlər həyatımda böyük imkanlar açıb, eyni zamanda fəaliyyətimi məhdudlaşdıırb. Düşünmək - hər poxu, hər zir-zibili analiz etmək bəzən mənə çox kömək etsə də, uzun müddətdə məndə takıntı vərdişimi inkişaf etdirdi. Mütləq həqiqətin olmaması gerçəyinə isə çox gec gəlib çıxdım. Yaşamaqdan çox düşünmək ürküdücüdür, yorucudur və enerji əmicidir.
Tənbəlliyim isə mənə başqa horizontlar açdı. Hər hansı işi görməyə həvəs qalmadığı üçün həmişə ən qısa yolu mən tapırdım. Bu mənim kənardan zeki insan kimi görünməyimə dəstək versə də, bu eyni zamanda mənə bolca vaxt boşluğu verdi. Hansı ki, o vaxtı götürüb yenə düşünməyə xərclədim, xərcləyirəm. Bəli, işi sevməməyimin səbəbi budur - bol vaxtım var düşünməyə, az həvəsim var işləməyə. Özümdə motivasiya yaradaraq birşeylər etməyə çalışıram. Bu halımı sevirəm, sağolsun, mən məndən əl çəkəndə belə o məndən əl çəkmədiyi üçün həyatda qalmışam. İndi bu hala tutunub 1il daha korporativ mühitdə davam etməyi düşünürəm. Daha sonra isə, ağlımdan çıxmayan bir fikir var - hərşeyimi satıb ölkədən getmək. Heç yerə, heç kəsə aid olmadan yaşamaq. Acından ölməyəcəyimə əminəm.
Burda qurduğum bağlantılar bir-bir cürüyür, yaratdığım fəlsəfə özünü doğrultmadı və sonda 37 yaşımda ruhumu tapa bilməmək qorxusu ilə üz-üzəyəm.
Xəstələndiyim gecə səhərə qədər qarabasmalarla üzləşirdim. Bir müdrik şəxs beynimin içində oturub mənimlə söhbət edirdi və deyirdi -
Dünyada yaxşı və yaxud pis insan yoxdur. Dünyada ruhunu tapan və tapmayan insan var. Ruhunu tapan insan başqa insanın ruhuna, cisminə zərər verə bilməz. Və təəssüf olsun ki, əksər insanlar öz ruhları ilə tanış olmadan həyatdan köçürlər. Depressiyalar, mənəvi acılar kəşf edilməyi gözləyən ruhun iniltisidir. Yalnız ruhunu tapan insan tam azad və xoşbəxtdir.
Bunu eşidəndən biraz daha fərqli yanaşıram bəzi şeylərə. Acılara baxıram - həzz əksikliyi qaynaqlıdır. Əyləncəm yoxdur, çox pulum yoxdur və ya məni sevib sarıb sarmalayan, yoxdur. Ya da rəngarəng insanlar yoxdur həyatıımda deyə üzülürəm əksər vaxtlar.
Ruhumla bağlantımın qoparılmasında müstəsna xidmətləri olan şeylər. İndi isə yalnızlığımı daha yaxşı başa düşürəm. Bu şüurlu seçilmiş yoldur, bu mənim yolumdur. Bəli, bəzən götdüyümdən doğan yalnızlığım var. Amma o da okeydir. Həyat başdan ayağa balans və ya təzminatdır. Güclü olmağın təzminatı yalnızlıqdır. Və ya ağıllı olmağın (pizdes ağıllıyam məncə mən, bütün səhvləri səhv olduğu üçün etməyi seçən).
Yazımın bu yerində narssistimi xatırlamaq istəyirəm yenə. 3 aydan çoxdur əlaqəmiz yoxdur. Amma beynimdən, ağlımdan çıxmırdı. Yalnızlığımla onun əlaqəsini heç anlamamış kimi. Yaşadıqlarım haqsızlığı romantikləşdirirdim bu aralar beynimdə. Özüm də bilmədən kopilkama atıb "üzülməyə bonusdan bir səbəbim olsun" deyə. Amma dostum, nə qədər romantikləşdirirsən romantikləşdir, aşa bilmədiyim sevgi deyil, mənə edilən haqsızlıqdır. Dünən vaxt ayırdım bu məsələni düşünməyə, və səbəb çox bəsit idi "o məni istəmədi". Bu həqiqəti öyrənmək mənə qarşı edilən haqsızlıq qədər canımı yandırmadı, hətta bunu qəbul etdikdə ortada haqsızlıq qalmadı sanki. Ondan əvvəlkilər kimi, bəlkə ondan sonrakılar da elə olacaq. Bilmirəm. Necə ki, nə qədər adamın həyatını çirkinləşdirdiyimi və gözəlləşdirdiyimi bilmədiyim kimi.
Düşünmənin yorucu tərəfi ondan ibarətdir ki, bir həqiqətin tapıldığı zənn edilən gerçəklikdə bir çox yalanlar və qorxular da gizlənib. Bütün bunları üyüdüb düşünərkən "bəs sənin həqiqətin nədir" deyə səs ucalır içimdən. İndi sənin bol vaxtın var deyə belə yanaşırsan məsələlərə. Boşsan deyə ağıllı olmaq obrazı yaratmaq cəhdi deyək. Biraz həyatın rənglənsin sən o həyatı həqiqət zənn edəcəksən.
Doğurdan da belədir, özümün harda və gerçək mən olduğumu bilmədən yaşayıram mən də. Düz 37 ildir, bu hal komfort zonasında oturub fəlsəfə edən mənim ruh halıdır. Amma bu gerçək mənəm mi? Dəli olur adam düşündükcə.
Amma bu həyat bir səyahətdir. 0 məntəqəsindən sən-ə çatan bir səyahət. Bu davam etdikcə, sorğuladıqca gerçəkliyi tapacağıma inanıram. Hələliksə cheers!
Saturday, April 5, 2025
Qara günəşim
İkinci pişiyim Simuzərlə heç cür könüldən bağlana bilmədik, o mənimlə, mən onunla xoşbəxt deyildim. Lakin, mən ondan daha şüurluydum (ən azından belə düşünürəm) ona görə, hər vəchlə özümü məcbur edirdim. Özümü onu sevməyə, onun məni sahibi kimi görməyinə məcbur edirdim, amma olmurdu, nəticədə onu göndərmək qərarı verdim. Əlbəttə ki, bunun fonunda beynimdə və ürəyimdə baş qaldıracaq vicdan fəryadlarının fərqində olaraq.
Sonra keçmiş ərimlə boşanma qərarı gəldi ağlıma. Əslində bu qərara addım atmaq üçün ən böyük motivasiyam bu söz idi "Sənə də, özümə də başqa cür yaşamaq üçün 2-ci şans verirəm".
Nəticə etibariylə keçmiş ərim mənsiz necə xoşbəxtdirsə yeni həyatda, Sima da belə xoşbəxtdir yeni həyatında.
Mənə gəldikdə isə, mən Snupa yenidən aşiq oldum. Bəzən o və balaca qardaşım qızı içimdəki sevgini doldurmağa yetir. Çünki, məndən şüurlu şəkildə heç nə gözləmirlər. Mənim insanlara sevgim isə ən az onların mənə sevgisi qədər kirli ola bilir.
İçimdəki qətliam bitib, silahları yerə qoyub bütün səslər. Xəstələnmişəm, amma bu xəstəlik belə mənə hüzur verir. Sanki, ölmüşəm və hüzuru dadıram kimi bir qəribə rahatlıq var içimdə. Xəyalımda hərşeyimi satıb getmişəm dünya səyahətinə. İndi artıq Hindistandayam (ən sevmədiyim ölkələrdən biri) və mən ora da bağlanmışam. Hər gün yeni insanlarla tanış oluram. Və bu yeni insanlar mənim simamda olur. Tanrıyla qəribə bi bağlantı yaranıb aramda sanki.
Çox qəribəyəm, sevgi doluyam, ya da bilmirəm bəlkə hissizəm və ya hüzurluyam. Dünən Snupu kostyumda təsəvvür etdim çəkdim. Sanki onda özümü gördüm, məmur standartlarına girən pişik. Tam da mənim kimi💜
Ən maraqlısı, həyatımdan keçən insanları girib-çıxdıqları üçün danlamıram heç, əksinə hər birinin bir nüansını özümə saxlamışam bunu görürəm. Buna görə onlara sonsuz minnətdaram. Amma ən çox bu həyata minnətdaram. Necə həvəslə zibilə atmağa tələsirdim daha əvvəl. Bir insanın mənə davra formasından asılı olarq həyatımı bitirmə istəyinə asanlıqla qapıla bildiyim ağlıma gəlincə bu versiyaya necə gəldiyimə sadəcə heyrətlənib Allaha aşiq oluram. Çox şükür!
Sunday, March 30, 2025
Ah Sevgilərim
Tuesday, March 25, 2025
Hüzur bəzən getməkdir
Sonra dedim gözəl qızım, hamıya yaranmağa çalışırsan özünü pis etməklə, bəsdir, boş ver. Özünə xidmət et biraz. Sonra çox emosiya yaşamadım. Nə pozitiv nə neqativ. Bunun yaxşı və ya pis olduğunu bilmirəm. Hətta uçuş boyunca dayanmadan yatdım, 8 saat gözləmədə də yatdım, heç kimi , heç nəyi düşünmədim.
Xülasə, mən uzun müddətdən sonra diqqət çəkməməyə meyl edirəm artıq. Kimisə istəmirəm, diqqətini, özüm üçün də darıxmıram. Bilmirəm nədir bu. Yunan dostum bildi Maltaya gələcəyimi o da gəldi. Onunla vaxt keçirəndən sonra otağıma girib, əşyalarımı otaqda yerləşdirmək bəlkə də, indiyə kimi səyahətimin ən gözəl anı idi mənim üçün. Özümün özümə ən güvənli liman olduğunu bilmək, ətrafdan ümidini kəsib özünə bağlanmaq yəqin ki, yaxşıdır.
Yağış yağır. Deyirəm dua edim. Əvvəl bir neçə xəyalım var idi - ana olmaq, xoşbəxt ailəm olsun, çox uğurlu və imkanlı həyatım olsun. Bunların heç birini diləmək də keçmir içimdən. Özümü söküb sanki yenidən yığıram. Bu biraz vaxt alacaq. Amma əsla depressiyada deyiləm, əksinə uzun müddətdən sonra əminliklə deyə bilərəm ki, sağalmışam artıq. Neçə ildən sonra ilk depressiv olmayan səyahətimdir şükür.
Həyat özü də bir səyahət deyilmi? Yola çıxırsan, sonra yolda təyinatın, istiqamətin, istəklərin, istəmədiklərin, təcrübələrin məlum olur. Mən çox inanıram ki, Allah mənə göstərəcək nəyin mənə lazım olub olmadığını. Hərşey yaxşıdır, daha da yaxşı olacaq! Şükür
Tuesday, March 18, 2025
Balamı üzüblər
Ənənəvi olaraq marta xas qıcıq halındayam. Daha əvvəlki, illərdə olduğu kimi. Hamını cırmaq istəyirəm. Hiss etdiyim fiziki sinirbozuculuqdan danışmaq istəmirəm amma hisslərimdən danışmaq və sakitləşmək istəyirəm -
İlk olaraq ondan başlayaq ki, hal-hazırda bir kafedə oturub yazıram. Kofe sifariş etmişəm, kofedən pox dadı gəlir. Sifariş etdiyim şirniyyatı da qaytardım.
Yaxşı moment - Hava möhtəşəmdir, uzun aylardan sonra üşüməməyə başlamışam, qəlbimdəki buzlar əriyir deyə hiss edirdim.
Pis hal - hərşeyi şəxsi qəbul edirəm, yanımdakı maşının başqasına siqnal verməsini də.
Yaxşı hal - həkimə getdim, müalicə yazdı yəni bir addım ataraq başlamışam artıq
Mülahizə - Adətən bu hal nə ilə bağlı olur?
1- Ya toksik münasibətdə olanda (ki, elə bir hal yoxdur deməli bu ehtimalı dringindores)
2- Böyük və yaxşı dəyişikliyin atanasında olanda
3- Çox yorulanda (amma niyə, həmişə energy saving mood-dayam)
Neyniyəcəyik -
-İnsanlarla münasibətdən qaç əgər cırmaq istəyirsənsə hamısını daha çox yük verəcək sənə.
-Dayanmadan özünü danlamaq moodundan çıx. Mən dəyərliyəm mooduna gir
-Özünə və başqalarına yüklənmə, yaradıcıllığa yüklən
-Nəfəs hərəkətləri et
-Simanı dringindores et
-Tətil yaxşı gələcək
-Səthi düşün, ya da heç düşünmə
-Səthi düşün ya da heç düşünmə
-Heç düşünmə!!!!
YAS
16 yaşım olanda nənəm rəhmətə getmişdi. Hamı bunu normal qəbul edirdi. Mən də məntiqi son olaraq bunun bu cür olacağını bilirdim, amma norma...
-
Söz vermişəm 1 ay içməyəcəm.İlk 3 gün rahat idi.Bugün əməlli mübarizə verdim. Təklik məni dəli edir, yadıma düşür necə ətrafım adamla dolu ...
-
Icimde bitmeyen yas var Onu yaxsi taniyiram Belke de menimle eyni vaxtda dogulub Icimde bir yas var Ölən de, aglayan da menem Olen her huce...