Thursday, December 26, 2024
Even if sky falls to me I survive
Thursday, December 12, 2024
Yeni il, yeni hədəflər
Kaşkı beynimi, zeyhinimi çıxardıb öpüb, yalayıb yerinə qoymaq imkanım olsa. Eyni şeyi ruhum və ürəyim üçün də edərdim. Ay syənə quuuban, bəzi dövrlərdə 3ü də bir- birindən küsüb ayrı hərəkət etsə də, bəzən də əl-ələ verib bir bədəndə birləşirləree ufff onda bomba olur.
Anyways, 2025-ci il gəlir. Yeni vision və hədəflər əlavə etməyin əsl vaxtıdır.
İl bitənə kimi-
1-Diş sağlamlığı
2- Saving
3-Askeza davam
2025
Sağlamlıq üçün
1-İdmana davam
2-Siqareti 1 yanvar 2025 etibarilə çəkməmək
3-Şirniyyat və qluteni həyatımdan çıxarmaq
4-Ayda bir dəfə venadaxili vitamin
5-Davamlı ginekoloq və endokrinoloq müayinəsi
Gözəllik üçün
1-Saçımızı keratin edib uzadırıq
2-Bio və mezo ayda 1 dəfə
3-Geyim tərzini dəyişirik
4-Bir cüt Chanel çanta və ayaqqabı alırıq
Mənəviyyat üçün
1-Qınama və əsəbləşmə vərdişinin tərgidilməsi
2-Gündəlik şükranlıqlar
3-Hər gün ən az 1 insan sevindir
4-İllik oxunacaq kitabların siyahısını müəyyən et və oxu
5-Həftədə 1 dəfə heç plan etmədən tək qalmaq
6-Hər gün bir dəfə də olsa musiqiyə qulaq asıb, rəqs etmək
7-Həftədə 2 dəfə film izlə
8- Painting, piano
9-Mütləq səyahət et heç olmasa ildə 2 dəfə
Madiyyat
1-Lazımsız xərclərin siyahısının çıxarılması
2-Aylıq xərclərin öncədən hesablanması
3-Hər ay minimum 300 olmaqla savinglər
4-Martdan sonra maşını sat və Range Rover al
5-Kredit götürmə, mövcud kreditləri bağla
Sunday, December 8, 2024
Depressiya bitdi!
Dediyim kimi idmana yazılmışam, it kimi yaxşı təsir edir mənə. Özümə gəlirəm, özgüvən zad. Bədənimi sevirəm, və minnətdaram. Sonra belə deyə-deyə gedib bir həkimə çıxdım sağ-sol yanlarımı lipo etməsi üçün. 1 həftə əvvəl başladım dramaya yenə, narkoza girmədən öncə vəsiyyətnamə yazmaq zad, öz yasımı düşünmək, kimləri ağlayaraq görmək istədiyimi xəyal etdim, biraz ürəyim rahatlaşdı onları ağlayaraq düşünərkən, sonra ölənin mən olduğu yadıma düşəndə daha da üzüldüm. Nəysə, sonra əməliyyata girmədən 1 gün öncə həkimin assistenti israrlarımdan sonra zəng edib mənə əməliyyat saatını və qiyməti dedi. Qiyməti 3 qat artıraraq. Əvvəlki mən olsaydım 7 arxa dönənini minmişdim. Ammaan şükür ettdim ki, Allah məni nədəndə qorudu. İçimde barış var dışımda savaş sürse de👅👅👅
Thursday, December 5, 2024
Yaşamaq
Yilda 12 kez dolunay gorme shansim var
Yilda her ayi 1 kere gormek
4 mevsime shahidlik etmek
Bi mevsimde suya atlamak ichin heyecanlanmak
Bazi mevsimlerde sudan korunacaq giysiler giymek
Her gunbatimini kumbarama atip,
Her gokkushagi gordugumde hafizama kazimak ichin ugrashmak
Ruzgardan kacmamak, onu yakalamaya calismak
Kendimle gecirdigim her ani ölumsuzleshtirmek
Sevdiklerimle gecirdigin ani sadece dondurmak
Uzuntulerime kucak acmak
Sevinclerimi okshamak -
-- ichimden yasamak geciyor
Ölümü yok saymadan, ona saygimi gostererek
Elimi en uzak buluta kadar uzatip,
Gogsumde dunyayi barindirarak
Kalbimin tum pencerelerini acip
Acilarimin en koshesindeki tozu barmagimla silerek
Zihnimi beynimde, ruhumu bedenimde hiss edip - sadece yaşamak
Wednesday, November 27, 2024
Götəşlər
Bəyaq işdən evə gələndə gördüm ki, divar unitaza işəyir. Yəni şaxtadan su partdayıb axır. Elə ovqatımı təlx etmək istəyirdim ki, dedim su aydınlıqdır, aldım kabul ettim zad :)))
İzninlə ex boyfriendimin hədiyyə etdiyi 1350 azn-lik ayaqqabılarımı geyinib Celia - Carnaval mahnısına rəqs edib sonra Deepak Chopranı oxuyub yatacam. Sabah da 1 illik şengen vizası aldığım pasportumu səfirlikdən götürəcəm. Axşam da 3 ayını əvvəlcədən ödədiyim şəxsi treynerlə olan idmanıma gedəcəm 💓
P.S. Pipişimi yesinlər götəşlər
Friday, November 22, 2024
Bomba şeylər olacaq, ya da oldu
Əgər daha əvvəlki postun adını Hell yes qoymasaydım bu postun adını 100 faiz elə qoyardım. Durmadan yuxuluyam, üzərimdə nəsə ağırlıq var amma buna baxmayaraq o qədər hüzurluyam ki, özümü o qədər haqqını verirəm ki. Nə qədər üstün olduğumu falanda filan.İçimdə oturub, dünyanı müşahidə etdiyim yer çox rahatdı və gözəldi. Bəlkə də onun verdiyi yuxu və yorğunluq halı var.
Son 1 həftədə yaxşı insan olduğumu da anladım. Həmişə şübhə edirim. Tanımadığım birinə evimi açdım və 1 həftə boyunca öz sistemimin pozulmasına mane olsa da səbrlə davranaraq onun sözlərinə görə həyatında ən gözəl anları yaradıram. Və bunu təmənna güdmədən edirəm, bura niyə yazıram çünki heçkəs oxumaz. Mən də öz insanlığıma şübhə edəndə bunu xatırlasam yaxşı olar. İnsan depressiyada olmayanda həyat necə gözəl yer olur. Bəs görəsən mənim keçdiyim ruh burulğanlarından hamı asanlıqla keçə bilərdi yoxsa doğurdan da yük fərdidir və insanın yaşayabiləcəyi qədər təmin olunur? Əgər elədisə bəs insanlar niyə intihar edir, əgər yaşayacağı qədər idisə yük? Bəyəm yükün ağırlığına görə insan intihar edir? Bioloji qeyri-stabilliyin də rolu çoxdur, vproçem bir çox amillər əl-ələ verəndə olur ya da anlıq bir dürtüsəl qərar da ola bilər. Bilmirəm niyə bu haqda uzun- uzadı düşünmək istədim. Koreyadan gələndən dincələ bilməmişəm, Afrikalı qonağın evə gəlməsi də yükümü artırıb, hər gün yemək edib, onu xoşbəxt etməyə çalışıram. Ya da bəzən məktəb vaxtlarında uşaqları bulling edib ləzzət alan mən də çıxmaq istəyir ortaya- basdırıram.
İdmana yazılmışam, özü də treynerlə. 3 ayın pulunu qabaqcadan ödəmişəm ki, götüm çatıb fırlatmayım. Şengen vizasına müraciət etdim 1 illik.
İşdə könüllülük layihəmi başlatmışam bomba gedir, amma işə getmirəm.
Best friendimlə araya soyuqluq girib. O da daxil olmaqla heçkimlə ünsiyyət qurmaq istəmirəm.
Narsistim ortaya çıxdı mənə kömək elədi sənəd məsələsində. Başa düşdüm ki, bu adam heçvaxt məni sevməyib, heç vaxt da sevməyəcək. Əsası o mənim idealımdakı partnerumdan uzaqdı. O zaman yuxarıdakı intiharla bağlı olan suallara bənzər suallar yaranır məndə - O zaman niyə? What the fuck ilişmisəm və düşünürəm bu məsələni. Bu məsələni keçmişdə buraxmaq istəyirəm. Mənim əsas ehtiyacım şeylər hal-hazırda bunlardır:
-Gəlirimi 25K etmək
-Fit və sağlam olmaq
-Gözəl olmaq
-Mental olaraq güclənmək
-Daha gözəl xatirələr yaratmaq
-Həyatlara toxunmaq
Friday, November 15, 2024
Hell yes!
4 gün içində 26 saat uçmuşam. Yəni həyatımın 1 günü uçuşda keçib, yarım günü isə coğrafi saatın qəzəbi ilə həyatımdan ixtisara düşüb. İnşallah ömür paylananda bunu nəzərə alarlar, ya da həyatım bitəndə extra zaman verərlər. Koreyaya getdim, Avropadan sonra Koreya mənə cənnət kimi idi. Çox xoşuma gəldi, bəlkə bu qısa müddətlikdir bilmirəm. Amma özümlə yaxınlaşmağa, biraz daha yaxından tanımağa şansım oldu. Hell yes, damn girl, çox bombasan yenə bunu gördük. Mən hətta əcnəbi və rəngarəng auditoriyaları asanlıqla ələ ala bilirəm, and hell yes people are cool! İnsanlar doğurdan şirindilər. Burda bir fəlsəfə inkişaf etdirdim özümə - insanlar həyatı asanlaşdırmaq üçün var, həyat onsuz da çətindir. Əgər biri həyatını asanlaşdırmırsa uzaqlaş. Eyni şəkildə, sən də insanların həyatını asanlaşdırmalısan. Otherwise onsuz da həyat qəlizdir.
Qoca arvadlar kimi, təyyaraəyə minər-minməz yatmağımı nəzərə almasaq çox yuxusuzam. Bu səyahətimdə heç içmədim- düzdü Qırğızıstanlı qıza "Мы Кафказцы, за Кафказ" deyib soxuşdurduğum 2 shot Sojunu (Koreya içki) nəzərə almasaq. Amma bugün sorry içdim.
Əsl məsələyə gələk - həyatım şükür, əladır.Allahın mənə açdığı qapılara görə sonsuz minnətdaram. Pişiklərim böyüyür, kaktusum yekələnir. Amma mən nəsə fövqəltəbii bir şey gözləyirəm hələ də...Yəqin ki, gəlməyəcək. Bəzən enerjiləri manipulasiya etmək istəyirəm, alınmır, olmur, üzülmək istəyəndə öz əlimdən tutub "yaxşı ki, olmur" deyə təsəlli vermək istəyirəm amma əslində özü elə odur. Beynimdən yarımçıq hekayələri silib atmaqda əziyyət çəksəm də, həyat budur. Həyat mənə aid olan hissədir. Başqalarının seçimlərinə aid olmayan hissə. Öz-özümlə qaldığım, özümə dərslər çıxarıb irəlilədiyim.
Biraz keçmiş ərim üçün darıxıram. Düşünürəm ki, onun yanında necə təkəm deyə hesab edirdim, amma tək deyildim. İndi təmtəkəm. Sonra deyirəm ki, siktir et səni tək hiss etdirən adam yaxşıdır, yoxsa özünlə tək olmaq? Doğru cavabın nə olduğunu bildiyim halda, cavab verməyə də tələsmirəm.
Saturday, November 9, 2024
Mən hüzurluyam və xoşbəxtəm
Yadıma uşaq vaxtı ilk dəfə Mc Donaldsa gəlməyim düşdü. Bibim gətirmişdi, onun da maddi vəziyyəti məlumat məsələ. Qardaşımla mənə bir dənə free almışdı. Gözüm cheesburgerdə qalmışdı, yan masada oturan uşağın yediyi. Bir dəfə də universitet vaxtı şiddətli yağış yağanda, dərsdən qaçmağa qərar vermişdim. Qrupun ən varlı qızı mənimlə qoşuldu qaçdı dərsdən, mənə Mc Donaldsda qurumağı təklif etmişdi. Cibimdə 1 manat pul var idi. Amma o mənə burger aldı ordanş İlk dəfə o zaman dadına baxdım. Bəlkə də, o rəfiqəmi 6 illik dosstlarımı məndən, qoparmağını, məni bu qədər tək hiss etdirməyinə görə bağışladığım yeganə səbəbdir. Bu arada onu 2 gün qabaq yuxuda görmüşəm, qucaqlayıb ağlayırdım. Anyways! Orda istədyim menu-nu sifariş edib yeyərkən mənimlə balaca mən də masadaydı. Dedim, gözəlim, bax, yol davam edir, gedirik. Pis getmirik. Bəzən uçuruq bəzən, yerə düşürük amma olsun səni unutmadım.
Sonra bir coffee shopa keçdim, güya işlədim, əslində gələcək ayın maliyyə haqq-hesabını etdim. which is cool, əvvəl etmirdim. Evi təmizlərkən qırıq, çartlaq qabları, solmuş orxideyamı atmışdım. Dönüşdə ani qərarla girdim özümə çoxdan istədiyim mavi orxideyanı aldım, və 3 ədəd bambu.
Sonra 3 şüşə aldım, gəldim evə şəkil çəkib içməyə.
Blogumu yazarkən düşünürəm, necə də, hüzurluyam. Zəhərli sarmaşıqlarımdan arınmışam, bəzən qəmqin olsam da, qəlbim ağrımır daha! Bu vərdiş ağrımasıdır, mən təəssüf ki, üzülmədən böyümədiyimi başa düşmürəm. Bəlkə, nə vaxtsa, yenə ümid verən olacaq, sonra üzəcək amma olsun bu biz istədiyimiz üçündür.
Bəzən düşünürəm, düşündüyüm insanlar necə xoşbəxtdilər, onları düşündüyüm üçün. Sonra ağlıma gəlir, düşündüyüm insanlar axı mənim onları düşündüyümü bilmirlər. Mən yenə özümdən yuxarı mərtəbəyə qoyuram, zehnimdə. Hər kəsin öz cəhənəmi var, bunu bilmirəm mən öz cəhənnəmimdən baxdığım üçün elə görürəm. Ayrıca artıq cəhənnəm yoxdur, öz cənnətimi yaradıram, yavaş-yavaş.
1 gün sonra Koreyaya uçuram, süni intellekt üzrə təlimə.
Bir zamanlar məni süni mayalanma maraqlandırırdı, indi süni intellekt.
Həyatın verdiyi sürprizləri və hədiyyələri qəbul edirəm, sevirəm. Çox hüzurluyam, çox xoşbəxtəm.
Sunday, November 3, 2024
Tələlər və dələlər
Sunday, October 27, 2024
Qısa notlar
- Mən bir də heçkimə görə özümü incitməyəcəm
- Düşüncələrimin 97 faizi faydasız idi, amma indi düşüncələrimi əlimə almağı öyrənirəm
- Gündəlik planlama - this what we need!
- İnsanları danlamaqdan, onları qəbul etmə mooduna keçmək mənə çox enerji qənaəti verir
- Həyatım üzərində xəyal qurmaqdan hərəkətə keçmək zamanıdır
- Calendarla yaxın olmağa öyrəşmək lazımdır
Tuesday, October 22, 2024
şirin tötüşüm
Ən sevdiyim havaları yaşayıram. Özümün də ən sevdiyim hallarını.
Qüsurları görüb aradan qaldırdığım vaxtdır, nə qədər enerji xərcləmişdim mənasız şeylərə. Sanki heç mən deyildim, hamını düşünürdüm, hamını amma özümdən başqa. Nəysə bunlar keçmişdə qaldı. İndi yaxşı xəbərlər verim:-siqareti tərgitdim
-pişiklər sağaldı
-qazanc və əlavə gəlir məsələsini həll etdim, onlayn işlərə baş vurdum
-evin kreditini bağladım (anam kömək etdi)
-evə gələn qadınla yolları ayırdım
-təzə kirayəçi axtarıram
-dırnaqlarımı təmizləmişəm, daha gel istifadə etmirəm. Bir zamanlar mənə çirkin gələn əllərim o qədər gözəl görürəm ki.
-Hiss edirəm mən xaricə köçəcəm 1-2 ilə amma hələlik burda güclənməyim lazımdır
-1 aydır masaja gedirəm, psixosomatikayla işləyirlər xoşum gəlir. İntensiv kişi əli dəyir mənə :)))
- Koreyaya gedirəm növbəti həftə işlə bağlı (İnşallah Şimali Koreya deyil)
Wednesday, October 16, 2024
Mən o mükəmmələm!
Ən mükəmməli mən olmuşam, səhv etsəm də bunu dilə gətirən, düzəldən və sairə. Niyə bu qədər incitmişəm bəs özümü, aşağı görüb danlamışam?
Nə olub bitib dəyişə bilmərəm, amma bundan sonra bu oyunda mən də varam! Mən bundan sonra özümü danlamayacam, əksinə öz haqqımı özümə verəcəm.
Enough is enough!
Tuesday, October 15, 2024
Blogu dəyişirəm!
Blogum əsl mələşmə məkanı olub. Sığınmışam bura, beyin mastrubasiya zad derkən əməlli başlı bayquşa çevrilmişəm.
Evim və yatağım da eyni şəkildə. Bütüngün eyni pozada, eyni yerdə düşünüb düşünərək özümü göt etməyi bacardım. Amma enough is enough.
Bu blogda artıq "ay bu götəş niyə götəş çıxdı, ay bu məməş niyə belə elədi" söhbətlərini bir kənara qoyuram. Dünya dağılsa da burda yazmayacam, çünki yazdıqca artırıram.
Liposaksiya etmək istəyirəm.
Maşını 2025-də dəyişəcəm.
İpotekamı bitirdim. Evin kupçasını ala bilərəm artıq.
Yeni ildə ipotekayla villa götürmək istəyirəm.
Maşınımı da dəyişəcəm.
Özümə gəlirəm, özümə özümə!
Sunday, October 13, 2024
Iradəmi geri istəyirəm.
Əslində yazdım hekayəni sonra sildim, hekayə yazmaq da onun üçün çoxdur (narsistim üçün). Amma gəl daha çox analizdən gedəy, adam bütün dillərdə, bütün formalarda göt olduğunu və mənə layiq olmadığını şirin-şirin başa salıb, mənə layiq olmadığı üçün mən birini necə danlaya bilərəm axı? Bir insan sənə layiq deyilsə sadəcə onsuz yoluna davam edərsən bu qədər bəsit. Amma mən mənə layiq olmayan adamın hər formada mənə layiq olması üçün onu yüksəldə bilmədiyimdə özümü alçaltmağa başlamışam. Görəsən niyə? Niyə mən elə fikirləşirəm ki, o mənim axrıncı şansımdır, hətta axrıncı şansım olsa belə mən belə şans istəmirəm axı. Niyə mən qopa bilmirəm, sadəcə beynimdə bir hissəni silib davam edə bilmirəm?
Lazım olandan çox məna yükləmiş ola bilərəm və əməyimə yazığım gəlir və ya istəmirəm uğursuz qərar verdiyimi qəbul edim. It's ok. Amma mən həyatımı yenidən formaya salmaq qərarını gəlmişəm. Özümü ələ alıb, yenidən yeni bir senari yazacam. Bu yolda ilk məsələ iradəmi geri almaqdır. Bu narsist mövzusunu birdəfəlik özüm, ətraf və ən əsası beynim üçün bağlayıram. Sonsuz olaraq bağ la yı ram!
Sunday, October 6, 2024
Hər şey yolunda, mən deyiləm
Hər şey şükür düşündüyümdən cici və yolunda amma bu şirin canım olmadığı qədər narahat və aqqressivdir. Düşünürəm hey narazıyam, səbəblərini bir yerdə düşünək görək:
- aybaşı stressi
-zərərli vərdişlərimdən məcburən uzaqlaşmaq
-narsistimlə olan doza müddətinə girmə
-bir də son zamanlar dünyada olanlar
Sıxıntılım və təşvişlərim özünü aşağı hallarda göstərir
-Pul məsələlərində
-Ailə üzvlərimin sağlamlığı
-Öz sağlamlığım və xarici görünüşümdə
-İnsanlarla münasibətlərdə
Şübhələrim artıb, elə hey hamıya (başda özüm olmaqla) şübhə edirəm, davamlı olaraq bir şey etməliyəmmiş kimi gəlir. Məsələn evdə özümü pis hiss edirəm çünki, mall a gedib bankomatdan pul çıxardtmalıyam amma evdən çıxa bilmirəm deyə pis hiss edirəm. Çıxıram gəlirəm, otururam, tez evə getmək istəyirəm. Evdə isə özümü çölə atmaq istəyirəm. Ruhum tam tərbiyəsiz uşaq kimi olub. Küçədə, bacada - hər yerdə insanlar əsəbimə mənfi təsir edir. Dava etmək üçün səbəblər axtarıram. Ailəmə küsmüşəm amma eyni zamanda onlardan narahatam.
bu səs
Özüylə dost olmaq yoluna girərkən yaşadığın ağrılı müddət. Bunu tanıyırıq. Hamıya küskünsən, hamıya amma ən başda özünə. Tək bir şey sənə cazibədar gəlir o da girib yatağına yatmaq. Amma elə deyil,
birinci- fövqəltəbii heçnə yaşamırsan. Bunlar periodik olması normaldı
ikincisi-dəyişim yoluna girmişik vitamin, şmitamin və sairə hərşey yaxşı olacaq
üçüncüsü- borclarını bala-bala həll et. İnsanları da boş ver. Bu bir perioddur yaşa və atlat. Bizim bir problemimiz var hərşeyi yüksək səviyyədə yaşayıb tükətmək. Dramsa dram, sevincdisə sevinc. Deyil işte elə bir şey. off 36 yaşında başa düşmüşəm ki, sən demə obsessivəm. Yes babe, ur obsessive. Çalış kafana takma qalanı is ok.
Gedəy evə kino sıxaq, biraz da kitab oxuyaq. Fizioterapiyaya yazılmaq yaxşı fikir idi.
Friday, September 27, 2024
35 yaşın hesabatı
Zarafat- zarafat bugün 36 yaşına girdim. 36 yaşım oldu. Həmən bir hesabat edək. Bu 1 ildə nəyi yoxladıq:
-əvvəlki iş yerimdən çıxdım
-daha böyük vəzifəyə getdim, mediatik oldum
-tələbəmlə şuru-muru
-4 yeni ölkəyə getdim (Belçika, Hollandiya, İspaniya, Portuqaliya) Və hamısına tək getdim
-evimi dəyişdim
-narssist münasibıti 20 dəfə ayrıl-barışdan sonra bitirdim
-saçımı çox qısa kəsdim
-fly-yogaya başladım
-intriqa və müharibələri bitirdim
-2-ci pişik sahibləndim (Simuzər)
İtirdiyim insanlar:
-Evli rəfiqələrim (Gülyalar) (Narsistə görə)
-Narssistin özü
Qazandığım insanlar:
-Elişko
-Bayazi
-Güni
-Down bacı
Nəticə:
Yaxşı kariyera irəliləyişi, münasibətlərin süqutu və ya sakitləşməsi, yatırım yoxdur.
Növbəti yaşda fokus olunmalı məsələlər:
-Yatırım
-Sağlamlıq
-Münasibətlər
Səni sevirəm!
Sunday, September 22, 2024
Bu dəfə karyeradan
O qədər öyrəşmişəm ki, götəşlərdən, üzləşdiyim pis vəziyyətlərdən danışmağa... Amma bu dəfə fərqlidir. Yaxşı anımı, xoşbəxt halımı paylaşmalıyam, içimdən gəlib.
8 ayın sonunda girdiyim. işdə bir xeyli yenilikləri həyata keçirdim, arada özümü təbrik etməyi unutsam da. İndi 100 nəfərlik heyəti Qarabağdan sağ-salamat gətirib (şükür), təşəkkür mesajları alarkən qəribə bir eyforiyada uçarkən özümlə söhbət etmək istədim. Durmadan içimdə "səhv etmə" deyə özümü qınayan məni bir anlıq susdurdum və nə qədər andan zövq aldığımı düşündüm. Mən öz qabımdayam, insanlar məni olduğu kimi qəbul edir və mən faydalıyam. Ay blət! Mən faydalıyam. Mənim vizyonum var, risk görə bilirəm və kompetensiyaların ortalamanın üstündədir. Bunu görürəm.
Narsisti həyatımdan çıxartdıqdan sonra iş həyatıma böyük yer açıldı. Bəlkə illuziyadır amma o qədər yaxşı hislərim var ki, gələcəklə bağlı. Sanki qapılar açılır üzümə. Bir rəfiqəm mənə Yale universitetinə qəbul alacağını dedi. Bu ideyanın məni bu qədər həyəcanlandıracağını düşünməzdim. Mən akademik cəhətdən də güclənmək istəyirəm. Qarabağdan əyləncə səfəri boyunca həvəslə oxuyub bitirdiyim kitabdan da bunu hiss edirdim. Məndə gözəl potensiallar var, və həmişə olub. Sanki indi tam yerimdəyəm. Ən çox ona görə rahatam ki, mühabirə yoxdur, heçkimlə dava etmirəm, ego savaşları yoxdur və sülhdür. Bu çox gözəl iş mühitidir.
Sən demə hüzur bu dünyada da özünü aldatmadan ola bilərmiş. Əvvəli, iş yeri nə qədər çox qazanc və bol vaxt vəd etsə də bu olmurdu. Reallıq sülhün xoşbəxtliyidir. Gələcəyimdən rahatam artıq.
Biraz şeyi düşünürən, qabaqdan ad günüm gəlir. Narsistimin yadına düşəcək görəsən? Amma uşaqlıqdan özümü əsgər kimi yetişdirmişəm, daim disiplin düşüncələrin üstündə. İndi də biraz onu train etməyim lazımdır - heçnə gözləməmək ondan. Amma gözləyib pis olsam da bu mənim haqq-hesabımdı, keçəcək və bitəcək.
Koroçe, Şükür Allaha hərşeyə görə. Yola davam!
Saturday, September 14, 2024
Bu hekayə bir nəfərlikdir
Bu hekayər hər zaman bir nəfərlik idi. Nə qədər mübarizə aparsan da. Nə qədər yaxşı filmlər izləyib, kitablar oxusan da, onları paylaşacaq adamlar gözləsən də. Bu hekayə sən və mənə aid idi. İkimizə... Yəni bir nəfərlik idi.
Bəzən həyat içimizdən keçir. Ən sevimli günümüzdə, ən parladığımız, hamıya gülüşlər və sevgilər yağdırdığımız "işim var" dediyin və evə qaçıb ağladığın o gündə özünlə üzləşirsən. Bir tərəfin durmadan şükür edərkən, bir tərəfin isə inadkarcasına müqavimətini davam etdirir.
Mən bunu niyə yaşayıram? Hardadır yola çıxdığımda inandığım insanlar? Mən onlarsız da hekayə yaza bilərəm, mən onlarsız da parlayaram amma mən bunu istəmirəm deyə balaca uşaq kimi ağlamağa davam edirsən.
Bəlkə sevincini necə yaşamalı olduğunu bilməməkdir. Bəlkədə xroniki üsyan algısıdır. Əlbəttə, hər kəs yaşayır - mən də ağacdakı quşda, zibillikdəki yemək gözləyən pişik də, günün düşünməyən bir fəhlə də. Amma niyəm mən hiss edirəm hamısını?
Bu aralar çox düşünürəm bunları. "Mən mənə yetərəm" deyərkən xərclərdiyin göz yaşlarını. Mən mənə yetərəm amma niyə onlara yetnədim deyə bütün əzələlərinin içindən keçib, daxili orqanlarına siraət edən ağrını.
Sevdiyin evdə, sevdiyinn pişiyinlə beynini söndürərək zaman keçirmək varkən, niyə ailə yetmədim, niyə sevdiklərimə yetmədim, harda səhv elədim, amma niyyətim təmiz idi deyib içimi cırıram. Dünyada 8 milyard insan var, əminəm ki, onların 7milyardını başa düşərəm. Amma 10 nəfər məni başa düşməz deyib özümü kənara çəkirəm.
Çox hirsliyəm, çox. Ən çox da özümə. niyə bu müqaviləni imzaladım, gəldim bu dünyaya. Yenə eyni səhvləri elədim, yenə bağlandım, ümid etdim. Bu dəfə fərqli olacaq deyə özümü inandırdım.
Əlimdə rabitə vasitəsi var, amma digər tərəfdən heçkim eşitməyəcək bilirəm. Naqil qoşulmayıb, amma durmadan cəhd edirəm. Danışıram. Xilas gözləyirəm.
Sunday, September 8, 2024
Azadlıq - bu mənim mübarizəmdir
Yadıma gəlir 2002-ci il yanvar ayı idi. 2 sevdiyim ünsüru bir arada tapmışdım və çox xoşbəxt idim - babamın hələ işlədə bilmədiyi kanselyar dəftəri və mənim yazmaq həvəsim. Birləşdirib gündəlik yazdım. dDavam etdim taa 2007-ci il bloga çevirənə kimi.
Yadıma gəlir 13-14 yaşım var idi o vaxt. İlk fikirlər bu yöndə idi - axı niyə mən universitet oxumalıyam, daha sonra evlənməliyəm, niyə hamının etdiyini etməliyəm və etmədiyim üçün qınanmalıyam.
Beləcə başlayan fikirlərlə daha sonra daha qaranlıq və acı xatirələr əlavə olundu, atamın içməyi, mənim onu küçələrdən yığışdırmaq cəhdlərim, anamın məni təhqirləri və döyməkləri. 2007-ci ilə kimi cıza-cıza öz xoşolmayan izlərini buraxdı. Sonra mən işlədim, evdən qaçmağa cəhd etdim, sevgilərim boş çıxdı. Ümidimi üzdüm, tam o anda yenidən vuruldum, aşiq oldum, evlənmək istədim.Evləndim, sonra orda başladı mübarizələrim daha məişət zəminində. Bəzən silahı yerə qoydum, hətta 2 ilə yaxın əlimə silah almadım.Köçdük getdik, mübarizəmin içində silahı hara qoyduğumu, özümü necə müdafiə edəcəyimi bilmədən davam etdim. Olmadı, əlimdəki rkq5 kimi partladı. Qəlpələrini uzun müddət həm keçmiş yoldaşım, həm mən daşıdım.
Sonradan yığdım parçalarımı bir-bir, hərəsini bir yerdən. Tikə-tikə olmuşdum. Hardan başlayacağımı, nə edəcəyimi bilmirdim. Kimi bunu kainat desin, mən buna Allah deməyə davam edəcəm - Allah məni eşitdi, təvəkkülümü qəbul etdi. 2019-da həyatım dəyişdi, yaşamaq üçün səbəbim işim oldu daha sonra. Sürətlə yüksəldim.Gəldi əsas məsələ - özünlə üzləşmək.
İş məni dəyişmişdi, egosu güclü, özü ac, dəli bir varlığa çevrilmişdim. İndi şikayət etdiyim insanların həyatıma girməsi ilə hərə mənə nəsə qatdı. Onıara təşəkkür edirəm. Məni özünə kumir seçən o rəfiqəm sayəsində (ki hansına görə həmən işdən çıxdım daha sonra) mən master oxudum, İngiltərəyə getdim.
Ən əsası dəyişikliyi indiki işimdə yaşadım. 18 yaşımdan etibarən işləyirəm, və elə bilirdim ki, (buna qədər) hər şey davayla olmalıdır. Dava, aggressiya əsas gücüm idi. Mən yeni işimdə bunları kənara qoydum.
İndi burda 36 yaşıma 19 gün qalmış, bir pişik sahibi (2-cisini də behləmişəm),4-cu butulkanı boşaldan, Bakıda yaxşı vəzifə sahibi, öz evi, maşınl olan, 20-ə yaxın ölkəni təkbaşına gəzən qadın olaraq MƏN AZADAM. Mən hal-hazırda alt paltarımla, sərxoş vəziyyətdə düşünürəm - mən azadam! Mən bunları azadlıq üçün etmişəm. Nə uşağım olsun, ailəm olsun, məni sevən bir adam olsun. Sadəcə azad olum. Oldum! Bu cığırı qanıyla, dişiylə qazan 19 yaşındakı "mən"-in qarşısında baş əyirəm. Ən böyük arzularımı reallaşdırdım - Amerikaya getdim keçən il. Bu il də visa aldım amma getmədim, onun yerinə Portugaliyaya getdim. İndi gəlin hansısa xiyar desin ki, Allah yoxdur, yaradıcı yoxdur. Götümlə gülərəm. Nə. istəmişəmsə olub, içimdəki dialoqları məndən qabaq o bilib. Nə qədər şükür etsəm azdır. 4 gün əvvəl sevgilimdən ayrılmışam. Onsuz oksigen balonum işləməz, mən yaşayamam zənn edirdim. Hətta içkiliykən belə onun haqqında düşünmək istəmirəm. Mən yaratdığımız qadına aşiqəm! 1saat qabaq ağlayırdım, Cənnətova zəng elədi, göz yaşəmı silib necə normal işdən danışdım.Ağrılarımı, yaralarımı hiss etdirmədən necə də gözələm. Elə ağrılarım və yaralarımla da.
Mən istəyirəm ki, illər sonra sən bu yazını oxuyanda biləsən ki, hamısı SƏN idin. Sən istedadlısan. Zəid sandığın o xüsusiyyətlər - empatiya, mərhəmət, insanlıq (hansından ki, ömür boyu şikayətlənmisən) sənin yaradıcıllıq gücündür. Səni sən edən budur. Hər zaman özünə şübhə duyacaqsan, hər zaman. Sənə sirr açım, bütün insanlarda olan ortaq xüsusiyyətdir. Hamı ağlını, özünü balaca görür bu normaldır. Normal olmayan zatən özünü olduğundan böyük görməkdir. Sən yenə xəyal qurmağa, irəliləməyə davam et!Özünü qoruyaraq, heçkimə zərər verməyərək, hətta insanlara xeyir verərərək. İnsanlara yardım et! Özünü xilas edirsən amma insanları, onları da düşün, heyvanları da. Sən mənim ən gözəl layihəmsən. Səni sevirəm!
Saturday, September 7, 2024
1 ilin sonu -Narssist münasibəti
İçimdə elə boşluq var ki, dondurur məni. Elə bil, 10 santimertlik 2 miomam çıxarılıb amma yerinə deşik bir boşluq qoyulub. Ya da doğmuşam və pospatrum sindromundayam amma doğduğum hardadır və nədir bilinmir. Tam da belə bir hiss.
Mən bunca il boşuna yaşamışam, hər şey boş imiş. Münasibətlər idi mənim həyatımın əsas sütunu. Necə səhv qurmuşam bu sütunu. Öz görmək istədiyim kimi, inanmaq istədiyim kimi. Uşaqlıqdan da elə bilirdim ki, mənim üçün mənim sevdiyim insanlar hərşey edər, dünyanı dağıdar zad. Amma mənim onları sevməyimin onların mənə qarşı davranışıyla heç bir əlaqəsi yoxdur. Bunu başa düşdüm.
Ən son narssitimin mənə qarşı hörmətsiz davranışları, mənim onu itirməməyim üçün saxta tolerans yüklənməm və bunun altında özümə hörmətimi itirməyim və bunu görüb başa düşməyim mənə şapalaq kimi təsir etdi. Mən inanmaq istədiyimin reallığın arxasına sığınıb gerçəklərdən qaçaraq daha çox xatirə, və ya bəlkə də möcüzəvi şəkildə müsbət sonluqlu hekayə qazanacağımı sanırdım.
Amma Gülbən Ergenin keçmiş əri demiş - həqiqətlərin gec ya da tez üzə çıxmaq kimi bir xüsusiyyəti var.
Heçkəs layiq olmadığın haqsızlığa dözdüyün üçün sənə təşəkkür etmir.
Heç kim birini çox sevdiyin üçün sərhədlərini elastik etdiyinə görə sənə artıq hörmət eləmir.
Heç kəs keçdiyin yollara, mübarizələrə görə səni alqışlamır.
Bu tək auditoriyalıq bir çıxışdır. Və o auditoriyadakı da sənsən, çıxış edən də.
Acını romantikləşdirməkdən də bezdim artıq.
Reallıq odur ki, özümdən çox pis incimişəm. Mənə bunları yaşadan narsist və ya ətrafdakılar deyil, özüməm. Hər şeyini- sevgisini, macərasını bol verməyə çalışdığım halda yenə kənardan bu qədər asılı qalmağım, heçnə yox elə 1 il içində narsistlə bağlı bu qədər sözlər verib, onu sildiyimi dediyim halda yenə eyni kəndiri könüllü şəkildə boynuma dolamağım indi özümə imamımı azaldır. Necə barışacam özümlə bilmirəm. Oturmuşam burda düz həqiqətin gözünə baxıram - mən sevilməmişəm, hörmət edilməmişəm, hətta istifadə edilmişəm. Hər dəfə yenidən, eyni tərzdə, əziyyət belə tələb edilmədən.
Bu reallığın bir tərəfi idi. Acı tərəfi. Hansıkı məni indi dəli edir. Özümə qarşı günahkar hiss etdirir.
Digər reallığı isə küsdüyüm özümün yaxşı başa düşməsini istəyirəm - bir illuziyanın içində yaşasan da, layiq olduğun münasibəti görməsən də, özünü onun yanında daim aşağı çəksən də - bu SƏN idin. Bu macəraları yaradan, ideyaları düşünüb, onları xatirə edərək həyata keçirən. İçindən gələn kimi, heç bir hesab-kitab olmadan davranmağındır səni sən edən. Onunla münasibətdə qat-qat daha dərin, daha güclü və daha rəngli olduğunu bildiyin halda özünü o yaxşı hiss etsin deyə alta çəkən sən idin. Sənin zarafatların idi konteks üzərində məsələni əyləncəli edən, sənin danışıqların idi çox əylənməni təmin edən. SƏNin hislərin idi yaşadıqlarınızı romantikləşdirən. Xatirələr üçün can qoydun sən. Buna görə sənə təşəkkür edirəm. Bunlar hamısı sənə görə oldu. Bu bacarıqlar, bu xüsusiyyətlər səndədir. Sən yenə möhtəşəm xatirələr yaradacaqsan, yenə özünü və hamını sevəcəksən. Heçnədən qorxmadan, davam et həyata.
Sunday, September 1, 2024
back to roots
Tətil bitdi sabah işə qayıdıram.
1 ay hardasa gəzdim, istirahət etdim. Mən ən çox yaşadığımı tətildə başa düşürəm. Amma arada tətili də burnumdan gətirmədən edə bilmirəm, o öz yerində. İndi evimə gəlmişəm, qruz başlayıb işə gedəcəm, nə edəcəm və s. Bu yazını yazma səbəbim odur ki, özümə başa salım ki, "Bebiş, no panic, iş də həyata dairdir". Münbit iş mühiti yaratmaq üçün nə etməli, nədən başlamalıyam bilmirəm. Amma yazım bəlkə fikrimi cəmlədirmiş olaram:
1-Sentyabr sənin ayındır. Yeni və daha gözəl başlanğıclar üçün.
Planını qur işlədiyim qurum üçün fəaliyyətə başla!
2-Yeni əlaqələr qur. Sərgidən əldə etdiyin əlaqələri bərpa et.
3-Özünü iş mühitində göstərməyə, gəldiyini bildirməyə başla!
4-Disiplinli ol!
Off iş planı falan okeydi amma biraz da narsistimdən yazmaq istəyirəmeee əslində.
O mənim çox yaxşı oyun dostumdu əslində. Görəsən life partner belə olur? Məncə yox. Amma çox əylənirik. Gələr - gəlməz yenə əyləndik. Məncə elə də dursun, orda qalsın. Çox da yük qoymayım üstünə
Tuesday, August 20, 2024
Sevimli avqustlarım
4 gün Barcelonada ən çox vaxt keçirtdiyim yer otelin hovuz kənarı oldu. Daha sonra Portugaliyaya (Faro) uçdum. Təyyarədən enən kimi dedim, ayə bura Ayvalıkdıki. Narsistim isə yazmağa, yazdıqca məni alçatmağa, mənim mədə bağırsağım isə sözümə qulaq asmamağa davam edirdi. Bu səyahət boyunca ən pis otaq Faroda qaldığım otaq idi. Amma ilk gəldiyim gecə oyandım, qarnım başım yaxşı deyil, yetimçənin mənə mesajları beynimdə exo verir. Aldım telefonu dedim, niyə belə edirsən, niyə mənimlə kobud rəftar etməyə xüsusi maraq oyadırsan. Nəysə səhər durdu, mesajımı oxudu, biraz da ələ saldı məni. Amma onun o ələ salmaq mesajını görüb içimdə bir şey qırıldı. Day qırılsın bir zəhmət 1 ildən sonra. Başa düşdüm ki, bu ol
mayacaq mənim qəhrəmanım, qulağından tutub soxsam da hekayəmin içinə. Amma yaxşı tərəf o idiki, içimdəki narahatçılığı dilə gətirəndən sonra xəstəliyim bitdi. Nə qusurdum, nə də qarnım şuluqluq edirdi artıq. Faroda ən çox nəyə bayıldım, nə məndə iz qoydu desən - hislərimi ifadə etmək, və okean. Bəzən gecə yarısı o oekan yadıma düşür. Blət, o nəydi, mən o adada hərzaman yaşayaram (İlha Farol)
Sonra keçdim Seville-a.Axşam keçdiyim və yalnız bir gecə qaldığım üçün şəhərin gözəlliklərinə çox aşina olmadım. Amma əminliklə deyə bilərəm ən mükəmməl otaq burda idi. Otelimə bayıldım, hətta bir ara qızışıb Malaga səfərini dəyişmək istədim amma nəysə çox da dirəşmədim. Seville də çox sevildiyimin və çox gözəl olduğumun fərqinə vardım. Dad hiss etməyə başlamışdım. Restoranın birində oturub piyvəmi içib yenə özümlə komanda iclası edirdim. Bir bomj gəldi, sərxoş ispan dilində nəsə danışırdı. Dedim no cash, işarə etdiki, yemək alarsan dedim alaram blet, burda oturanlardan əksik oğlansan bəyəm? Koroçe bomja lunch aldım, oturdu stolların birinə yeməyini yedi, içkisini içdi. Xoşuma gələn bir məqam o idiki, başqa bir bomj dilənirdi bu öz yeməyindən ona verdi. Ay blət çox gözəl görüntü idi bu, bomjun özünü bomj kimi hiss etməməsi. Təbiiki mənim narsistim mənə artıq yazmırdı. Ona görə daxili münasibətimi bərpa etmişdim.
Və mən Malagaya gəldim. Şəhərin abu-havası mənə Qaraçuxuru xatırladırdı, şəhərə gələn kimi enerjim düşdü. Axşam bir az gəzəndən sonra səhərə qədər narahat yatmaqla özümü otağa həbs etdim. Səhər bol dəniz, günəş almaq sözü verdim özümə. Yaxşı ki, etdim. Enerjim bərpa olundu, Malaganı sevdim. Burda dənizdə özümlə uzun-uzun söhbət etdim. Daxili hüzurumu necə x
arici amillərə bağladığımı göstərdim özümə, necə bir çox şəxsi və şeyi özümdən qabağa qoyduğumu, necə daxili stabillik üçün xarici amillərdən dəstək gördüyümü və bunu dəyişmək üçün bütün artilleriyamın olduğunu amma özümü geri çəkdiyimi. Gecə dolunayda yenə gəldim dənizə, aya baxaraq söhbətlər etdim yenə. Özümə təşəkkür etdim. Əslində necə böyük qız olduğumu, 1 il ərzində nə qədər uzun yol qət etdiyimi gördüm. Allah və özümə təşəkkür etdim. Yolumun davam etməsi üçün böyük dəstəyə hər zaman ehtiyacım olduğunu (tanrıdan) etiraf etdim və iplərimi qopartdım. Bu arada Gökselin sen orda yoksun mahnısını eşidirdim içimdən. Malagada özümlə qucaqlaşdım.Heç bazdıq etmədim bu tətil boyunca. Bazdıq bir tərəfə qalsın heçkimlə tanış olub insan kimi ünsiyyət qurmaq istəmədim. Məncə dərinləşdikcə başa düşürəmhər kəs tək gəlir və tək gedəcək. İndi isə oteldə üzüklərimi taxıb cizgi filmi izləyirəm. Birazdan gedəcəm dənizə sonra çemodanımı yığıb sabah qayıdacam. Bakıya getmədən öncə Madridə ordan İstanbula gedəcəm.
Sum- etiraf etmək lazımdırsa bəli istəyərdim mən də tək olmayım. Hər fikrimi, sevincimi, üzüntümü paylaşacaq biri olsun, kimsə qayğımı çəksin, kiminsə qayğısına qalım, kimisə çox sevim və paylaşdırca artsın bu. Amma mən bunun olması üçün əlimdən gələni etmişəm, edirdim də amma olmursa niyə əlimdəki xoşbəxtliklərin üstündən xətt çəkim? Cütlükləri görəndə onları bədbəxt və loser kimi qiyməyləndirməyin doğru deyil, indi başa düşürəm, hamının bir yolu var. Allah mənə bunu vermirsə əvəzində iş uğurları və özünü sevmək kimi nemətlər yetirir. Bunlarla kifayətlənə bilərəm və yenə də xoşbəxt oluram. Əvvəl dəli olurdum bir daha sevgilim olmazsa ya tək qalarsam deyə. İndi bu da okeydi. Maraqlı insanam özümü yeyim. Bircə söyüş söyməyi tərgitsəm bomba olar. Günün sonunda öz özümə fikirləşirəm ki, bu qədər xərc oldu, əziyyət və stress var idi. Dəyərdimi buna görə? Hmm düşünüm. Bəli DƏYƏRDİ!
Tuesday, August 13, 2024
Hər şey bitsin
Bu yaşda day adam sevilmir, sevmək də giclikdir onu da görürəm.
Zəhərlənmişəm də. Dayanmadan götüm başım sözümə də qulaq asmır. Qusmağım gəlir hər zaman. Hər şeyə - Barcelonaya, özümə, adamlara.
Bircə dünən müzeydə gördüyüm bu heykəl mənə təsir etdi, ağladım.
Picassodan neqativ enerji aldım bügun. Məncə mən də Picasso kimi çəkirəm. Mənə sitayiş edən yoxdur sadəcə.
Qusmağım gəlir deyə içə bilmirəm. Heçnə çəkmək də istəmirəm. Yemək belə istəmirəm dərman içmək lazım olmasa onu da etmərəm.
Quzum, quzum beyninin içində cəhənnəm gəzdirirsən, hara gedirsən get. O səninlədir. İstər günəşli, istər inqlab, istər Barcelona.
Wednesday, August 7, 2024
Terapiyadan incilər
Bugün seansım var idi. 1 ay idi getmirdim, həm maddı baxımdan icazə vermirdim, həm də daha əvvəlki seansdan keçdiklərimi qavramaq üçün özümə zaman vermişdim.
1-Mən münasibətdə anam kimi oluram, münasibətdə olan adam isə mənim uşaqlığım. Onları tərbiyə edirəm
Anamı qəbul edirəm və ona aid hisləri ona qaytarıram
2-Atama qarşı rəqib bir kişi yaratmışam içimdə məni qoruya biləcək, və ona görə bildiyin kişi kimi olmuşam və kişilərə rəqib olmuşam.
Atamı qəbul edirəm, rəqabəti dayandıram. İçimdəki kişini göndərirəm
Bunu tez-tez təkrar et, bu bilik snə 150 manata başa gəlib. 10 seansdan sonra bu nəticəyə gəlmisənsə deməli 1500 azn
Tuesday, July 30, 2024
Matrixi qırmaq yolu
Son ağlamalinski postdan 2 gün sonra narssistim yenə qayıtdı gəldi. Biraz trip atmaq istədim, amma gül zad göndərincə o dəqiqə yelkənlərimi suya atdım. Axı mən sevirəm insanları incitməməyi. İncitmək üçün özüm varam. Nəysə gəldi, 10 gün demək olar nağıllar ailəmini yaşadım, sevildiyimi hiss etdim, ümidləndim, ailə olacağımızı xəyal etdim.
10 günün sonunda yenə eyni döngüyə girdiyimizi fərq etdim, mənə soyuq idi, götündə tutub gəzməyimi sanki özü dizayn etmişdi. Amma bu 10 gün müddətində mən onunla deyil, özümlə eşq yaşayırdım. Necə müko olduğumu görürdüm. Sonra sonuncu gün düşündüm, mən belə adamla həyat istəyərəm?
Məni sevir, mənə heyran olur, sevdikcə, heyran olduqca özüylə müharibəni daha da qızışdırıb, məni alçaltmağa, öz gözündən salmağa çalışır. Mən də dilənçi kimi sanki, bundan xoş söz dilənirəm.
Bu mən deyiləm, bunu mən istəmirəm.Dünyada son adam o deyil, son adam o olsa belə bu mənim qozuma deyil. Sildim onu, hər dəfə ayrılanda nə qədər üzülüb, əziyyət çəkdiyimi, darıxdığımı bilirəm.
Amma bu dəfə çox rahatam. Özüm üçün yaxşılıq etdiyimi bilirəm. Darıxmıram, sakitəm və sevilirəm. Ayrıca da manifest də eləmişəm. Bundan sonra varlı və alicənab həyatyoldaşı istəyirəm. Varlı amma simic, narsist, manyak istəmirəm.
Gələn həftə İspaniyaya gedirəm. 1 ay gəzəcəm. Qayıdanda mən əvvəlki mən olmayacam. Daha rahat, daha xoşbəxt və daha varlı olacam.
Müharibələri bitirmişəmee, bu məni sevindirir. Heçkimlə dalaşmıram, işdə belə üstümə hücum etsələr saakitcə yola verirəm. Heç kimdən də incimirəm. Bir də əvvəlki sıxlıqda kinoya baxmağa, kitab oxumağa başlamasam vareee ufff aşiq olacam özümə. Sənə bir sirr verim - xroniki depressiyadan balaca addımlarla çıxıram.
Hər şey yaxşıdır Şükür!
Monday, July 15, 2024
Evə qayıdış
Özümün özümdə olmadığım anlar dəhşət çoxdur. Daha doğrusu özümdə olduğum anlar çox az olur. Öyrənilmiş, vərdiş edilmiş hislərlə yaşayırıq o ayrı, amma mən də çox özümü tərk edirəm. Amma öz komfort zonamın cəhənnəm olduğunu anlayandan sonra artıq istəmirəm bu gerçəkliyi. Öz evimdə, bədənimə olmaq istəyirəm.
Səhər oyanıram, avtomatik yas hissi ilə. 1 ilə yaxındır bu narssistlə bağlıdır. Ondan qabaq da kiməsə aid idi. Ondan qabaq da hardan gəlib bilmirəm. Amma hər nədisə, artıq normal həyata qayıtmaq lazımdır. Bu da ən önəmlisi disiplindən keçir. Disiplin disiplin disiplin!
21 days challenge edirik o zaman (ən sevdiyimiz)
-hər gün meditasiya
-günü planlaşdırmaq
-evi təmiz saxlamaq
-idmana yazılmaq
-büdcəni idarə etmək
-sağlam qidalanmaq
-ağlamamaq
-səhər 7-də oyanmaq
-hər gün kitab oxumaq
Wednesday, July 10, 2024
İcazənlə
İcazənlə bugün biraz qəmlənmək istəyirəm
Həyat gözəldir və mən dəyişirəm o öz yerində.
Amma adama qoyure, bir vaxtlar sənə ən yaxın olan insanların bir daha görə bilməməyin, bir daha danışa bilməməyin, toxuna bilməməyin və istiliyini hiss edə bilməməyin.
Heçkəsə getmə demədim, burnun düşsə əyilib də götürmərəm bunu bilirəm.
Amma getməmələri üçün o qədər içimdə yalvardım, dua etdim ki...
Heç biri bilmir yəqin.
Hər birini unutmaq mənə məşəqqətlərə nail oldu.
Unuda bildim mi, buda sualın özüdür.
Hələ də qrup yoldaşlarımı yuxularımda görürəm, hələ də keçmiş yoldaşımın mənə göstərdiyi o istiliyi axtarıram insanlarda.
Köçdüyüm evlərdə o xoşbəxtliyi bərpa etməyə çalışıram.
Hara gedirəmsə gedim, özümlə böyük bir qəbirsanlıq aparıram.
Sonra gedirəm psixoloqlara, terapiyalara. Ardı-arası kəsilməyən cəhdlər etməyə amma buraxa bilmirəm, yəqinki istəmirəm.
Onlar hamısı mənəm, məni mən edənlərdir.
Amma ən çox sakitcə gedənlər qoyur o ayrı.
Görəsən düşünür, heç xatırlayır deyirəm özümə.
Bütün hüceyrələrimlə hiss edirəm son cəhdin olduğunu, daha sonra bir barmaq belə tərpətməyəcəyimi.
Amma yenə də çox üzülürəm. İlk günki kimi. Kaşki bütün sevdiklərim yanımda olsaydı. Uşaq vaxtı hamısını hökümət evinə yığıb yaşamağı xəyal etdiyim kimi.
Amma bu yaşımda, bu dövrdə bir istək daha çox ağır basır - ən sevincli və ən qəmli anı özümlə paylaşmaq istəyi. Bəlkə bu müdrikliyin özüdür, bəlkə güc, bəlkə də çarəsizlikdir.
Ağla, getsin! Yola davam!
Yeni macərəlara salam, köhnələrə sevgi.
Həyatıma görə minnətdaram
Challenge for transformation day 3
Gördüyüm, bəyənmədiyim, əsəbimə işləyən, niffrət etdiyim hər şey mənəm və mənim bir parçamdır. Bunu qəbul edirəm, neqativi neytral qəbul edib, amma sevgini daha da artırmaq istəyirəm. Müharibəyə və nifrətə dəyəcək heç nə yoxdur.
Qeyd: Həyatımdakı dəyişikliyi hiss edirəm. Təşvişim və qorxularım azalıb. İçimdəki yas susub və ən əsası balaca - balaca möcüzələr baş verir. Amma ən xoşuma gələn müdrikliyim və sakitliyimdir.
Tuesday, July 9, 2024
Challenge for transformation day 2
1- Hər şey yolunda gedərkən içimdə bir sıxıntı hiss edirəm. Ya da səs, sanki kimsə ağlayır. Durub qulaq asıram, ya bu kiminçünsə darıxan mənəm, ya da istədikləri olmadığı üçün üzülən mən. Amma mən bunu artıq qəbul etmirəm. Darıxdığım adamlar yaxşıdır, amma mən onlardan da daha dəyərliyəm özümə. Ağlamaq hər zaman üzüntü əlaməti deyil, bu vərdişdir və mən bu vərdişi dəyişirəm. Mənim məni seçməyən adamların düşüncələrinə xərcləyəcək enerjimi özümə xərcləyirəm, məni seçməyən adamları düşünüb üzülməkdənsə özümü düşünüb xoşbəxt olmağı seçirəm. İstədiklərim hər zaman olub, olur və olacaq, sadəcə sevgi və səbrdə qalmaq lazımdır.
Sunday, July 7, 2024
Challenge for transformation day 1
Eyni şeyləri edib fərqli nəticələr gözləmək axmaqlıqdır. Bununun nəzəriyyəsini əla bilirəm, amma praktikadan durmadan tətbiq etməkdən də əl çəkmirəm. Amma artıq yetər deyib bir dəyişiklik yoluna girməyin tam zamanı gəldiyinin fərqindəyəm. Bugündən etibarən 21 gün boyunca məni aşağı çəkən şeylər və onlara verdiyim reaksiyaları yazıb, dəyişməyə çalışacam. Hər şey bir tərəfə bir də hər günün digər gündən daha gözəl, möcüzələrlə dolu keçməsi üçün əlimdən gələni edəcəm. Bugünki, aydınlanmam
1) - Özünüməhv etdiyimi başa düşürəm, və artıq bunu qəbul etmirəm.
2) - Boş vaxtları sevirəm, boş vaxtlar yaratmağı, amma bunu da özümü incitmək üçün istifadə edirdim, amma artıq boş vaxtlarımı özümü sevmək üçün xərcləyirəm.
3) - Bir çox şeye pis tərəfdən, neqativ baxmağı seçirdim, amma indi bunu dəyişirəm, hər şeyə pozitiv tərəfdən yanaşıram.
Thursday, July 4, 2024
Məndən mənə məsləhətlər
1- Özünə güvən! Bu "bunu bcaracaqsan" zırt pırt cırtla bağlı deyil. Öz qərarlarına, hislərinə güvən. Kiminlə, nə ilə bağlı nə ilə bağlı qərar vermisənsə nyaxşı etmisən, geri basma, özünə şübhə. etmə.
2- Ehtiyacın olan hər şey içindədir. Əmin ol! Biraz axtar
3-Heç kimə, heç nəyi sübut etməyə çalışma!
4-Yatırım et! Özünə, gələcəyə
5-Rahatlığını düşün, amma sabahkı səni rahatlığından daha çox düşün. Ona görə bügunun də işini sabahkı sənə qoyma
6-Özünü qəmgin, bədbəxt hiss edəndə, dünyada yaşamaq ağrıdanda bunun vərdiş olduğunu anla, və ayağa qalxıb təxirə saldığın işlərə başla. Beynini, evini, həyatını təmizlə və tənzimlə
7-İdmana get, hər zaman bu sənin stressini idarə etməyə çox kömək olur
8-Kənar ünsurlərin səni nə çox sevindirib, nə də üzməsinə icazə vermə
9-İstəmədiyin həyatı düşünməkdənsə, istədiyin həyatı düşün və addım at
10-Hamı burda müvəqqətidir, sistemi də sənin kimi insan qurub, nə vəhşi olmağa çalış nə də qul
Sunday, June 30, 2024
Bizi bizə bağlayan nə idi?
Sunday, June 23, 2024
ha gayret! bu dəfə bacaracaqsan
Həmişə disbalansı yaxşı bacarmışam. güvənib - güvənməmək arasında balaca xətlərin üstündə oppanıb durmaq, yanmaq "day belə etməyəcəm" deyib qısa zamanda səhv olduğunu bilə - bilə eyni zibili bir daha eksperiment üçün təkrar etmək. taa ki, özüm bu oyundan sıxılana kimi. Amma doğurdan da bu oyundan sıxıldım. özümə etdiyim pisliklərdən. mənə heç kim özüm qədər nə yaxşılıq edib, nə pislik. Amma enough is enough. artıq özümə pislik etmək niyyətim yoxdur. Daha əvvəl yazdığım kimi, narsisst tələsindəyəm və dəfələrlə çıxmağa çalışsam da daha da, daha da çox yaralanaraq geri qayıdıram.
Amma bu dəfə özümə dedim "bir dəqiqə, what tha fuck da? azadlığ mübarizəsi, evdən çölə çıxmama qadağaları, qəhbə olma qorxusu, sonra xoşbəxt olmayan evlilik, pulsuzluq, pis vərdişlər, 20 kilo artıq çəki, çirkin hissetmə və s. bunların hamısı ilə kim mübarizə apardı və qalib gəldi? Mən. İndi silahı yerə qoymağın vaxtı deyil!"
Və özümə söz verdim, ancaq irəliyə! Bu tələnin içindən çıxmağın yolu hər dəfə davrandığının əksinə davranıb düşünməliyəm. Hər dəfə gedəndə, qayıdacağını bilirdim, yer hazırlayırdım. Ümid bəsləyirdim.
Deməli ilk ümidlərdən başlamaq lazımdır - Bəli, yenə gələcək. Bəli, üzr də istəyəcək bəlkə. Bəlkə, heç vaxt etməmiş kimi ağlayacaq da, hətta üzük gətirib evlilik də təklif etsə bu bizim həyatımıza lazımdır? Ruh sağlığımıza lazımdır? Həyat senarimdə istədiyim şeydir doğurdanda?
Xeyr! Düşüncə tələsinə düşürəm. Bir anlıq egom özünü yaxşı hiss etsin deyə, uzun müddətli iztiraba ok deyirəm. Mənim yaxşı ailə və sevgiyə ehtiyacım var. Digər heç nə, məni maraqlandırmır.
İki qorxu- elə qorxurdum ki, ondan sonra həyatıma heç bir normal adam girməz deyə, ona görə necə davransa da okey edirdim özümü. Çox miserable düşüncədir. İndi başa düşürəm. Sanki o normalmış kimi ondan sonra gələnlərin də onun kimi olmayacağından qorxmaq.
Bu qorxunu yenmək üçün kainatla anlaşma etdim. Mən onu beynimdən çıxardıram, mənə aid yaxşı şeyləri mənə yetirsin deyə. Mən inanıram niyyətimə. Allah hərşeyin ən yaxşısı nədir mənim üçün onu bilir, yetirəcək mənə. Əgər sonra tək qalmaq belə varsa deməli bu məni ən çox xoşbəxt edən şeydir.
Amma mənəvi rahatlıq tapmadığım heç bir yerdə, heç bir düşüncədə artıq yoxam. Düşüncələr mənə xidmət etməlidir, mən onlara yox!
Yeni həyatım davam edir :)
Tuesday, June 18, 2024
Səni necə sevirəm...My Vinnie
Necə səni sevirəm, bir bilsən...
Hər gün necə həvəsin olmasa da yaşamağa. cəhd etməyin,
Sənə ən çox əzab verən insanlar haqda düşünmək və onların yaxşı olduğu xəbərini almaq cəhdin...
Bu günü necə keçirəcəm qayğısı ilə eyni zamanda işığını qorumaq...
Hamıdan fərqli olduğun üçün onlardan aldığın təriflər sənin üçün boğazına dolanan kəndir olsa da verdiyin sevinc
Bədənin və ruhundakı olduöun yerdən aldığın yara izləri,
Cəhdlərin, inamların, zərbələrin, qorxuların, yuxuların...
Onların səni birşey adlandırmaq cəhdləri, sənin bu qəliblərə bəzən girmək istəyin
Yanağından süzülən göz yaşını güzgü önündə silib "Mən heç vaxt təslim olmayacam" deməyin
Elə ilk dəfə 4 yaşında dediyin kimidir.
4 yaşında uşaq özünə bunu niyə desin ki?
Amma sən demisən!
Yenə də deyirsən.
O vaxtla indiki sən arasında bircə fərq var - sənin artıq özünə də yazığın gəlmir.
Səni yüksəldəcəm - son damla qanıma qədər, beynimdəki son neyrona qədər səni qoruyacam.
Hər hüceyrəni sevəcəm, son nəfəsə qədər.
Tuesday, June 11, 2024
Günün dərsi - SƏBR ET!
Yaxşı ki, borclu olan şəxslərdən borcumuzu istəmədik. Biraz səbr etdik
Yaxşıkı premiya ilə bağlı rəhbərliklə danışmadıq, səbr etdik.
Nəticədə ikisi də istədiyimiz kimi oldu və insanları incitmədən oldu.
Günün dərsi - Vinnie, sadəcə səbr et. Səbrli ol. Səbr et
Monday, June 10, 2024
Ev le ne cem! Vermezlerse kaçacam
Friday, May 31, 2024
Və başlasın yeni həyat!
4 illik bir döngünü bağlayıram və yenə köçürəm!
Çox düşündüm, evimi çox sevirəm, mənzərəsi bombadı, içindəki xatirələrim əladır, içində çox gözəl və sürətlə böyüdüm. Amma mənim yeni hekayəyə, daha gözəl xatirələrə ehtiyacım var, daha rəngli və çox pozitiv. Burda biraz üzüntü də olub, onu da sevirəm amma daşımaq istəmirəm. Mən yollarda da vaxt itirmək istəmirəm, o da var. Hər saniyəmin qədrini bilmək və həyatdan zövq almaq istəyirəm.
Bu öz yerində, digər tərəfdən artıq layiqliyimi başa düşürəm. Daha yaxşı həyata, daha gözəl davranılmağa. Nədəndə hiss edirəm ki, bundan sonra həyatımda pozitiv dəyişikliklər bir - birini izləyəcək.Davudun narssistik çıxışları məni incitmir, hətta onun narssist olduğunu daha düşünmürəm, əslində heç düşünmürəm deyəsən onun haqqında. Mənim üçün düşünmək = can yanmaq, əgər artıq canım yanmırsa çox da şey etmirəm. Mənim evin ilk 3 ayını ödədi.
Bu arada dostlarımıa bağlı da oxşar laqeydlik hökm sürür qəlbimdə. Yəqin borderline-ım azıb. Amma düşününcə bəlkə də, borderline məni müdafiə edən əsas mexanizmdir. Anyways - bir tərəfdən sosiallaşım, izolə olmayım deyə mərkəzə doğru köçmək istədikcə, digər tərəfdən dostlarımdan xoşum gəlir. Bir də bəlkə də, doğurdan da heç kimin əsl dostu yoxdur özündən başqa. Həm də bəlkə də həmişə belə olub amma indi özümə qarşı daha şüurluyam, həm əksiklikləri görə bilirəm özümün, həm də başa düşürəm ki, insanlara çox da ehtiyacım yoxdur və içimdəki uşağa dönmüşəm.
Bu arada çoxdan içimdəki uşağın istədiyi şey - tennisə getdim. Tennis treyneri silsilə zarafatlarımın təsirindən mənə girişməyə başladı, nəysə onu da zərərsizləşdirdi. Deyəsən yaş 35 olanda artıq 95-ci il təvəllüdlü insanlarla takılmaq vaxtına giriş edirəm. MILF olmaq üçün hələ tezdi düşünərək təbiiki bu prosesin uzanmasının qarşısını aldım.
Çox yaxşı şeylərin, yeniliklərin qapı döydüyü bir ərəfəyə keçid etdiyimi hiss edirəm halbuki. Ona görə də biraz dünyavi həzləri bir kənara qoymaq heç də mane olmaz.
Wednesday, May 22, 2024
hey Vinnie
Bu bilirsən necə hissdir?
Cəlladın gözünün içinə baxırsan, baltasını itiləyir. Sənin qanınını axıdacağını gözləyir, sənsə baxırsan və. deyirsən 'S.kimə də deyilsən, səndən heç qorxmuram"
Tam da belə bir şey yaşayıram. Narsistim bıçağını itiləyir, hücuma keçir. Mən də ağrıtmadıkı deyib, planlar yazıram onunla bağlı olmayan.
Bağ - zatən ən önəmlisi də budur. Mənim bağım onunla deyil ki, onu mənə göndərən tanrıyladır. Onunla əlləşərkən özünü oyunun baş qəhramanı hesab edir, halbuki mənim dərdim bu hekayədəki ən doğru mesaj nədir onu başa düşməkdir.
Həyatı sevirəm. Özümü sevirəm. Haralardan gəldim, biraz özüm kirləndim, biraz ayaqqabılarım.
Amma mən ordaydım, O da ordaydı.
Mən özümü saldım zibilə, O yol göstərdi.
İndi daha yaxşı tələbə olmaq vaxtıdıdır.
Məni aşağı çəkən hər şey ilə bağlarımı qoparmağın tam vaxtıdır.
Evin uzaqdır və əziyyət çəkirsən?
-Köç!
Maşının köhnədir və üzülürsən?
-Dəyiş!
İşində uğurlu deyilsən?
-Hədəf qoy, zirvəyə çat!
Mən özüm kimi vizyonlu və cəsur insanlar çox az görmüşəm. Özüməməxsusam, bəzən qəribə. hərəkətlər edə bilərəm. Bu da mənəm. edə biləcək heç nə yoxdur.
Səni sevirəm
Monday, May 6, 2024
Birazca da döz, inanamayacaqsan
Səhər yuxudan qəmli oyandım nəsə, ev də çirkli idi. Amma nəysəki bugün təmizlik günüdür. Gəldim iş yeriin qabağına, yol boyu sanki dünya gijdillaxları əl-ələ verib hamısı mənim qabağıma çıxırdı. Pozitivliyi əlimdə balaca vitamin kimi əldə saxlayıb, heç bir hala reaksiyaya verməməyə söz verdiyim halda offf nə qədər söydüm. Nə qədər söydüm, ana-arvad off çox əlaydı. Sonra işin qabağına çatdım, yer tapmadım park etməyə. Sonra ağladım. Park yeri də yoxdur, mənim ürəyim sevgisiz qalıb, sevildiyimi hiss etmirəm. Sanki hamısı gizli şəkildə razılaşıblar - ailəm, dostlarım, ekslərim, hamı canım çıxsa da mənə sevdiklərini göstərməyəcəklər. Qəribə üşümə düşdü canıma:(
Sonra narsist yadıma düşdü, o yanımda olsaydı qucaqlayardım onu dedim. Və o andan bəri qəribə hiss baş qaldırıb, əslində yaşadığım sevgisizlik mənə aid deyil, əmanət enerjidir və bu mənim narsisstimlə bağlıdır kimi hiss gəlir içimdən. Sevgisiz və tək hiss edir özünü. Bilmir'm doğru hisdir, yoxsa özümü aldadıra. Hər nədirsə eksperiment edək. 2 həftə müşahidə edəcəm görüm nə xəbər alıram.
Friday, May 3, 2024
Tötüşümmmmmm
Canım qızım, mən. Şükür deyəsən xroniki depressiyanı bitirmişik. O dəhşətli ölüm fikirləri, yaşamama istəyi və s. narsisstin gedişiylə bitdi. Amma daha maraqlı ruh halındayam artıq. Özümü yeni-yeni, fərqli tərəflərdən tanımağa başlayıram. Məsələn yaşamağı sevməyə başlayıram.
Özümü də deyib-deyib gözə gətirməyi yaxşı bacarıram.
Bəzən istəyirəm beyin oxuyum. Ya da şapalaq vurum. Reaksiyalarım azalıb, ona görə yaşamağı sevməyə başlamışam.
Amma çox az, lap az arada Davud yadıma düşür. Elə bil bətnimdə olan övladdır, onu düşürürəm.
Düşmək demiş, keçən dəfə doğulmamış övladlarımla bağlı seans çox moşnı idi.
Çoxdandır şəkil çəkmirik, çəkmək lazımdır. Bu gün gedim alım.
Biraz da sosiallaşmaq lazımdır. Ufff amma darıxıram insanların əhatəsində
Əyləncəli insanlar yoxdur, demək olar.
Bu gün bunu düşünüm, nə əyləncə təşkil edə bilərm özümə
Necə adamlar istəyirəm ətafımda.
Off bu yazını başlayıb bitirincəyə qədər Davudu istəmədiyimi başa düşdüm.
İnşallah bir daha girməz həyatıma.
Ay bir də hate speech etmək istəyirəm. Bəzi pataloji evdəqalmış rəfiqələr varee, ərə gediblər amma hələ də evdə qalıblar. Onlarla danışıb, axşama harasa dəvət edəndə deyirləreee "Aydaaa, mən mamayame, gəl sənin pişiyinlə mənim qızımı dəyişək hehehehe" zəhləm gedirdə.
Mən pişiyimlə xoşbəxtəm, hələ pipisi kəsiləndən sonra lap xoşbəxtəm.
Bəlkə də mənim əzikliyimdi. Özümü əksik hiss etdiyim bir mövzudur.
Amma bəzi podruqalarım da eşşəkdi, o ayrı!
Monday, April 29, 2024
Möcüzə istəyirəm
Oturub işdə, günü planlayarkən əslində doğurdan nə istədiyimi düşündüm.
Bir möcüzə olsa həyatım birdən - birə mükəmməl şəkildə dəyişdə bəlkə.
İş təklifi alsam, ya birşey ani qərarla avropaya köçsəm. Yenidən, 0-da, maraqlı insanların əhatəsində həyatımı qurmağa başlasam.
Qayığılarım olmasa- ay bu məni sevər mi, bu mənə pislik edər mi, bu adamın agendası nədir, bu xiyar niyə yoluma girir, bu gicbəsər niyə salam vermədi, bu niyə sifət edir, mən nə etdim kimi.
Hər ay dəli kimi alış veriş etməyə, borclar yığmağa və yeni qorxu və məsuliyyətlər yaratmağa ehtiyac qalmasa. Özümlə olduğum kimi olmağın özümə və insanlara necə xoşbəxtlik gətirdiyini görsəm.
Yaşadığım neqativ təcrübülər insanları insanlardan qorumaq üçün danışılası ibrətlik hekayələr yerinə, gözəl ortamları səmimiləşdirən bir vasitə olsa.
İnsanlardan qorxmasam, sevsəm, özümü qorumağa ehtiyac qalmasa
Hər gün yeni bir maraqlı təcrübə, yeni bir rəng qatsam həyatıma
Sosial qayğılarım heç olmasa
Amin amin amin
Thursday, April 25, 2024
Xoşbəxtlik üçün kredit
Bu aralar , əslində bu aralar yox uzun zamandır, sanki qara polosa həyatımda məni izləyir. Təpiklənmiş, yıpranmış və özümlə disconnectem bəlkə 3-4 ildir. Amma bu aralarda yaşadıqlarım biraz məni silkələdi.
İlk öncə onu deyim ki, narsisstdən ayrılma yaxşı qərar idi. Özümü çox gümrah hiss etməyə başladım, və alta çəkilmirdim.
Amma yavaş-yavaş gündəlik haqq-hesablar üstümə gəlməyə başladı. Vergi borcu, kreditlər, 3-4 aydır ödəmədəyim evin pulu, ona görə evdin elektrikini kəsməkləri, avtoqəza,iş yerində müdirlə aramda olan soyuqluq və özümü israrla təsdiq etmək cəhdim və alınmadıqca daha da aşağı düşməm və aqqressivləşməm, rədd cavabı aldığım kreditlər və s.
Off partlayacaq ana gəldim. Ailəm kömək etmir, kimsə kömək etmir, kömək də istəyə bilmirəm.
Sonra ayıldım ki, dəli kimi düşünürəm, dəli kimi. Başqa içəriyə heç bir düşüncə almadan.Və o an bir video çıxdı qarşıma, şükür etməklə bağlı. Məndə beynimdə işıqlar yandı, neçə vaxtdır, eyni dairənin içində fırlandığımı gördüm. Ancaq problem üyüdürəm, problem həzm edirəm. Problem mənim alışdığım dairə olub, ondan kənara çıxa bilmirəm, bu mənə xoş gəlir, ona görə də ancaq şikayət etməklə kayf alıram.
Bunu başa düşdüyüm an hərşey dəyişdi. Kredit aldım, evini pulunu ayırdım, borcların bir hissəsini bağladım, business coach tutdum özümə, yoga falan, və başa düşdüm ki, mənim özümlə real olmayan an pis hiss etməyə başlayıram, enerjim tükənir. Saxtakarlıq edəndə, ya özümü nəyəsə məcbur edəndə. Amma olduğum kimi olanda, öz xətlərimi, sərhədlərimi çəkəndə bu mənəm. Çox yaxşı olur.
İstər iş olsun, istər münasibət olsun bunlarda hansısa müvəqqəti uğura görə özümdən əl çəkməməliyəm.
Hələlik harmoniya halım davam edir, bunu artırdıqca qorxmaya bilmirəm. Çünki bağlarım azalır, bağlarım azaldıqca azadlığım çoxalır. Mənə elə gəlir 1 ilə evimi satıb, pulunu götürüb bu ölkəni tərk edəcəm.
Yaxşı, şad xürrəm, ağıllı şeyləri yazdım. Əsas gijdillax halımdan da bir misal gətirməyi özümə borc bilirəm. Narsisst üçün çox darıxmışam, hər yerdə qoxusu sanki burnuma gəlir. İt kimi onun da darıxdığını hiss edirəm. Hətta gül göndərib, nə blokdan açmışam nə də yazmışam.
Offf sonra bu xəstəlikdir deyirlər, bu kimyadır. Kimya dəli edir
Amma Şükür ki, bu hisləri də yaşaya bildim
Wednesday, April 17, 2024
Canım mən
Bu aralar deyəsən biraz əsəbiyəm, hamıya, hərəkət edən- etməyən hərşeyə. Özümə də, ən çox özümə.
Ümid edirəm PMS-lə əlaqəlidir və keçəcək.
Digər türlü çətin olar. Əslində bomba idime, gərək kafamı güzelleştirməzdim 2 gün qabaq, yaramır atam, deyəsən yaş o yaş deyil. Artıq sağlam həyat, açıq hava, sidik katateri zad dostum olacaq. Bir də narahat edən məsələlərdən biri, mən maraqlı həyat istəyirəm, amma elə bilirəm yaşamıram. Amma istəyirəme, çox da can da atmıram. İşdən sonra kiminləsə görüşüb, ailə-məişət söhbətlərini etməyə həvəsim qalmır, onun yerinə basıb probkada 2saat yol gedib düşünmək mənə daha cəzbedici gəlir. Hə, dostum, etiraf etmək lazımdırsa deyəsən insanları sevmirəm, yorulmuşam onlardan. Bəlkə də, özümdən də. Amma bu çərçivəni maraqlı hala sala bilmə də özümdən asılıdır. Gərək adam balası kimi götümü qoyub bir yerə məni narahat edən şeyləri yazım. Hadi bakalım:
-Yeni işimdə hələ də özümü təsdiqlədiyimi düşünmürəm. Hətta mənə bu işin çox böyük vəzifə olduğunu düşünürəm və durmadan özümü təsdiq etməyə çalışıram. Amma digər tərəfdən də məndən qabaq bu vəzifədə olan adamdan qat-qat çox iş çıxartdığımın fərqindəyəm, hətta bir çox ölkədə bu vəzifədə olandan. Sadəcə mənim problemim odur ki, mənim səalihiyyətim, resursum və komandan yoxdur. Özümü aşağı çəkməyə səbəb axtarıram sadəcə.
-Kreditlər almışma çox-çox hamısı üstümə gəlir. Bu qədər maaş almağıma baxmayaraq, dayanmadan borcdayam. Niyə belə olur, maddi rahatlıq tapa bilmirəm.
Bir kredit çəkib, digər kreditlərimi bağlayacam :)
-Hərlənib, fırlanıb mənasız adamları, eyni adamları düşünürəm və bundan heç də xoşhal deyiləm. Çünki, heç bir motivasiyam yoxdur onların həyatıma qayıtmasına və sairə. Kimə nə etmişəm, zor eləmişəm.
Tamam bunları anladıq, bizi aşağı çəkən şeylər. Bəs həyatımın necə olmasını istəyərdim?
1-Sərhədlərim və sərhədlərimə sadiq olmaq istəyərdim
2-Özümü sevmək və heç bir situasiya, insan haqda düşünməmək
3-Zəifliklər və vərdişlərdən arınmış, özüylə align
4-Sağlam həyat tərzində
5-60 kilo
6-Cild keyfiyyəti yerində
7-Tenis oynayır həftədə 1 dəfə
8- 2həftədə bir rayona getmək
9-2 ayda bir xaricə getmək
10-Pul yığmaq və evi dəyişmək
11- Övladlıq götürmək
12-Bağ evi almaq
13-Həyatımın eşqini tapım
Tuesday, April 9, 2024
Soxum Bişimbaeva
Üzüm səpib
Saqqalım çıxıb
Bığlarım da
Qaşım da gəlib
Deyəsən qara ciyəri küsür
Uff çox borcum var
Amma içim çox rahatdı
Ruhuma bahar gəlib
O qədər gözəl hiss edirəm ki özümü
Daha çox hüzurlu
Narsissti də göndərdim ona görə də ola bilər
Bahar gəlir ona görə də ola bilər
Beynimi yoran bircə Bişimbaev məsəli var
Ona da soxum, cındır
Arvadını necə öldürüb
İnşallah cəzasını çəkər
Qız dəfələrlə döyülməyinə baxmayaraq həmişə ona geri qayıdırdı
Sonra da sevdiyi adam tərəfindən döyərək öldürülür
İndi də məhkəmədə cındır arvadını qaralayır, xəstə kimi göstərməyə çalışır
Ölümdə elə qızın özünün günahı olduğunu işarələyir
Halbuki çox əminəm ki, qız ona görə ölməyə də razı olardı
Amma onun əlindən ölmək nə bilim
Bəlkə də sağ qalsaydı yenə də cəlladını bağışlayardı
Çox az qadın, o qadın kimi ağır keçmişi olan, asanlıqla cəlladını bağışlaya bilmir
Amma nəysə ki, məndə belə deyil
Wednesday, April 3, 2024
Yorulmuşam
Necə acı çəkirəm, necə...
O qədər həvəslə, səbrsizliklə həyatın bitməyini gözləyərkən (uşaqlıqdan bəri)o uzana- uzana gedib canımı yandırmağa davam edir. Hər dəfəsində bunu bir insana yükləyib, onlardan qanaqlı səbəblər yaradıram, nifrət edirəm, sevirəm bəzən zad. Amma problem heçkim deyil, mənəm. Mən yaşamaq istəmirəm əslində, heç vaxt da istəməmişəm. Özümü uşaqlıqdan tanıyandan bəri, heç vaxt. Həyatımı da ölmək üçün səbəblər axtararaq cürüdürəm, amma ölməyə də götüm çatmır. Özümü inkişaf etdirdikcə həyatın heç də pis yer olmadığını özümə inandırmağa çalışıram, bəzən məndə yaxşı alınır.
Yazdım yuxarıdakıları, ağladım zad. Gördüm halım özümə gəlmir, çıxdım çölə, yenə özüçə gəlmirdim. Davudu silmək qərarı aldım, ona good-bye mesajı yazdım, özümə gəldim.
Allahım, bir insan digər insanın tarazlığını heçnə etməyərək bu qədər sallaya bilər?
Çox xahiş edirəm, bir də özünə belə pislik etmə. Bir də həyatına qaytarma.
O vaxt aeroportda blok elədiyin kimi davam etsəydin, həyatın daha yaxşı keçəcəkdi. Sən qaşındın axı "gəl həyatıma sıç" deyə əlindən gələni əksik etmədin.
Hətta bu post belə çoxdur bu münasibətə, hadi işə və həyata davam!
Monday, April 1, 2024
Off Vinnie, off
Mən də elə bilirdim sevgilim narsist imiş.
Sən demə sevgilim bildiyin düz, qatqısız, organic geri-zekalıymış.
Bunu yazdım çox şad xürrəm idim, sonra bi düşündüm ki, niyə xoşbəxt olmadım. Kiminsə açığını tutmağın sevinc verəcəyini düşünmək nə qədər də bəsit beyinin işidir. Bəlkə də, elə narsist mənəm.
Hər nədirsə düşünmək istəyirəm. Görəsən mən niyə belə partnerlarımla müharibə edirəm, niyə həmişə özümü qurban, partnerumu narsist görürəm, niyə həmişə bunları ələ salıb, pisləməkdən kayf alıram.
Olmaz ki, ürəyimə, həyatıma, bədənimə yaxın buraxdığım adamın hər tərəfi ilə qəbul edim, ayrılanda da normal şəkildə bitirim. Məncə mən kamilləşməliyəm!
Ümumiyyətlə təkcə dəcəlliklə bağlı yox, bütün ünsiyyət formalarında özümü qurban şeyinə soxmaqdan əl çəkməliyəm. Nə kimsə məni xoşbəxt etməyə söz verib, nə də mən insanlardan asılı deyiləm.
İnsanları boş vermək lazımdı, özümlə həyacanlı gözəl anları çoxlatmalı və arıqlamalıyam.
Ölkədən çıxıb getməliyəm.
Amma öncə startapımı etməliyəm.
Monday, March 25, 2024
We keep the promises
Brüsel mənə sıxıcı gəlmişdi elə qatardan enər-enməz. Mən şəhərlərə muzey və görməli yerlərdən çox dadlı yeməklər üçün getməyim də səyahətin yeməkdən geri qalan zamanlarında sıxılmağıma dəstək olurdu. Dünən atomiuma getmək qərarı verdim, ictimai nəqliyyatla. Maraqlı müzey və ya planetarium gözlədiyim təqdirdə bilet almaq üçün sıranı görüb kökümə geri dönüb kofe və paninimi alaraq bilet almaq fikrindən vaz keçdim. Yağış və soyuq olmasına baxmayaraq küçədə bir daşın üstünə oturub yemək fəaliyyətimlə məşğul olurdum ki, yaxından musiqi səsi eşitdim. Qulaqlıqların caseni göütürb, özünü Bakıda unutduğum üçün musiqi dinləmək mənə verilməyən premiya kimi idi! Bir küçə musiqiçisi bildiyim mahnılar oxuyurdu. Yağışda o qızın yanında durdum, videolar çəkdim, mahnı oxudum, əyləndim. Hava soyuq olduğu üçün insanlar qalmırdı, amma hamı getdi lap əvvəldən La Casa Del Papeldən çıxmış 2 mehriban banditə oxşayan gənc ispan oğlan qaldı bir də mən. Sonra 4müz (musiqiçi də) söhbət elədik, şəkil çəkdik. Qızın əşyalarını yığmağa kömək elədi uşaqlar. Mən qızışdım, hadi sizə kofe ismarlayıram dedim. Uşaqların maşınına atladıq getdik kofe içməyə. Kofe içmək üçün Niderlanda keçdiyimizi bilmirdik. Sərhədlər çox aşıldı, amma çox gözəl aşıldı. Bu səyahətim boyunca nən gözəl anları yaşadım. 3 möhtəşəm insan. Amma məni ən çox təəccübləndirən o 2 gənc idi. Mən hələ də şübhə edirəm onların insan olduğuna.
Bu qədər sevgi dolu, alicənab, içi incəsənət və gözəlliklə qaynayan, amma tipləri banditdən bozma 2 möhtəşəm varlıq. Mənim çəkdiyim şəkillərə (yağlı boya ilə) baxıb gözləri doldu, qışqıra - qışqıra rep oxuduq, Marcus Aurelliusdan bəhs etdik, musiqiçi bizi LA-də nə vaxtsa olacaq konsertə VIP bilet və uçuş söz verdi, mən onları Bakıya dəvət etdim, yemək yedik, yağışda islandıq, çoxlu videolar çəkdik. Uşaqlar bizim xəbərimiz olmadan bütün hesablarl ödədilər, ablaları olaraq mən ödəməyə söz vermiş olmağıma baxmayaraq.
Yazanda çox adi gəlir, amma yaşayarkən o qədər qəribə idiki, həyatımda çox nadir vaxtlardan idi sadəcə orda olduğum üçün, mən olduğum üçün, məndən heç bir gözlənti və istək olmadan sevilib, qəbul edilirdim. Heç bir təhlükə hiss etmir, özümü mələklərlə əhatə olunmuş hiss edirdim. Mən Davudun yanında(42 yaşlı narsist eks sevgilim) olarkən belə, özümü ondan, onu dünyadan qorumaq ehtiyacı hiss edirdim.Sonra uşaqlar musiqiçini vağzala, məni də otele düşürtdülər. Məni yola salanda ağladılar :( Normalda hansısa cındır mənim üçün ağlayanda ağzıma sıçmağa hazırlaşdığını bilirəm. Amma bu uşaqlar məni bir daha görməyəcəkləri üçün ağladılar.
Düşündüm, bütün kişilərdən iyrəndiyim vaxt bu qədər təmiz, gözəl ruhların olduğu bir yer var. Mən də ordaydım. Mən onlarınn insan olduğuna hələ də inanmıram. Çünki enerji fərqli idi. Tanrıya şükürlər edib, onları qoruması, mənə bol səyahət etməyim üçün çoxlu pul yetirməsini dua edib yoluma davam edirəm.
P.S. yandıranlarımızı dəyişdik, bir daha görüşsək bir-birimizə verək deyə
Friday, March 22, 2024
Söz verirəm!
1-Düşüncələrin məni əsarətə aldığı an nəfəs hərəkətləri edib, özümü ana geri qaytaracam. Düşüncə tələsinə düşməyəcəm
2-Heç nəyi sonraya saxlamayacam
3-Özümə şübhə etməyəcəm
4-Heç bir sözü ürəyimdəə saxlamayacam
5-İnsanların məni verdiyi dəyərlə özümü yargılamayacam. İnsanları xarici görünüşlə,özümü daxili aləmlə ölçmək çox ədalətsizlikdir
6-Mən gözələm, sevilməyə də layiqəm. Özümü bundan məhrum etməyəcəm
7-Instagramda story-lərimə kim baxıb gün içində ancaq 2 dəfə yoxlayacam
8-Keçmiş hesabları bitirdiyim üçün yenə eyni yerə qayıtmayacam
9-İşdə mənə qarşı olan ədalətsiz vəziyyət barədə müdirlə danışacam
10-Digital marketing kurslarına yazılacam
11-Borclarımı bağlayacam sonraya saxlamadan
12-Yogaya davam edəcəm
13-Sağlam qidalanmağa geri dönəcəm
14-Siqareti tərgidəcəm
15-2024-də Özünə yaxşı bax layihəsinə start verəcəm
16-Hər gün meditasiya edəcəm
17-Daha disiplinli olacam
18-Özümdən vaz keçməyəcəm
Thursday, March 21, 2024
Back to roots!
Dünyada ən bomba hiss səyahətdən aldığın o hissdir. Aylardır davam edən, ay əvvəlki iş yerində belə elədilər, ay keçmiş sevgilimin cəmdəyinə tüpürüm, ay yeni iş yerində məni sıxışdırırlar deyinməklərinin və dərd saydığım şeylərin balaca həll yolu var imiş. Səyahət etmək! Bundan sonra psixologa, shoppingə verdiyim pulları yığıb səyahət edəcəm. Paris- Brüsel qatarı ilə hərəkət edib bu cümlələri yazdığım zaman, fikirləşirəm ki, bəlkə də mənim Bakıda missiyam bitib artıq. Ya da nə bilim bəlkə burda müvəqqətiyəm deyə şirin gəlir. Hər nə isə, əsas aldığımız qərarlardan və yaşadığımız hislərdən danışaq.
Yadıma gəlir 2017-ci ildə evliliyimin pis getdi, süni mayalanma nəticəsinin neqativ çıxdığı və ərəfələrdə dostlarımın məni iş üçün İstanbuldan Bakıya gəldiyim vaxtları xatırladım. Özümü gombul, çirkin, yetərsiz, uşaq doğa bilməyən mənasız insan hesab edirdim. 2-3 gün sonra işdə uğurlu olduğumu, xaricilərin mənə nə qədər kompliment etdiklərini və diqqət çəkdiyini gördüyün an yavaş - yavaş "mən o qədər də çirkin deyiləm,pis deyiləm" deməyə başladım. O gündən sonra mən heç vaxt əvvəlki mən olmadım yoldaşıma, çünki məni istismar etdiyini başa düşmüşdüm. Beləcə evliliyimi bitirdim.
Narsist tələsindən qurtulmaq istərkən, onun ad günündə ölkədə olmamaq ən bomba qərar olduğunu düşünərək bu yola çıxdım. Aldığım komplimentlər, diqqət yaşadığım maraqlı macəralar bir daha mənə özümü xatırlatdı. Mən elə də pis deyiləm, Moreover - MƏN BOMBAYAM!
Əgər bir gün pis olsan bu yazını aç oxu!
Əgər bir gün pis olsan bil ki, sadəcə doğru yerdə deyilsən. Səndə problem yoxdur, məkanda və insanlarda sorun var.
SƏNİ SEVİRƏM!
Tuesday, March 12, 2024
Narsist tələsindəyəm!
Fəaliyyəti iyuldan davam edən aktiv bir narsist tələsindəyəm bunu başa düşdüm.
Amma necə xəstəlikli bu prosesdir bu, ilahi, təbii ki, mənim də bu prosesə qatdığım töfhə danılmazdır!
Obsessivliyim, mood dəyişiklərim, impulsivliyim bu münasibəti əməlli başlı minetçik edib. Mənə yazmır, ya da gündə 1-2 dəfə yazır o da elə-belə. Bu da mənim məhv olmağıma kifayət edir.
Bəzən deyirəm ki, okey də sən də qozuna alma, necə məsləhətdisə elə oyna. Sənin həyatın daha rəngarəngdi zırt pırt. Amma sonra nəfəs almadığımı görürəm.
Sonra deyirəm ki, sikdiri basda balamsan, belə həyat davam edər? Ok problem səndədir lap, amma bur trig etməyən münasibət yaşamalıyam.
Son postumu yazandan 2 gün sonra belə bir şey yazmaq əsl mənim stilimdi.
Həyatı göt-baş yaşamağı yaxşı bacarıram. Bu da bir istedaddır.
Nəysə mövzudan uzaqlaşmadan team meetingə davam edirik!
Bu xəstə münasibətdən özümü xilas etməliyəm.
Canım yanmasın, hər dəfə deyəndəki sağalacam, yaxşı olacam, bu haqda düşünməyəcəm, özümü daha obsessiv və daha pis vəziyyətdə görürəm. Onun da səbəbini tapmışam maraqlıdır ki.:)))
Çünki dramadan kayf alıram.
Amma bu dəfə hərşey daha fərqli olacaq, indi burda bunu yazanda ağlıma gəldi. Mən niyə söz vermirəm özümə? Söz verirəm blet, söz verirəm və edəcəm!
-Bu dəfə əvvəlki kimi özümü üzməyəcəm və bu haqda düşüncə xərcləməyəcəm.
-Həyatımı it balası kimi yaxşı yaşayacam, səyahətlərə davam, əyləncələrə də
-Business planımı reallığa çevirəcəm
-Tesla alacam
-Xaricə köçəcəm
-Hamıya hekayəmi danışacam: yazaraq, oxuyaraq, çəkərək.
Next actions:
-Balam, başa düş ki, fırlanıb hərlənib yenə yara alırsan bu münasibətdən. 1 gün sənə dünyanı bağışlayır, səhəri gün burnundan gətirir. BU BİRDƏFƏLİK bitməlidir.
-Hər balaca qapı aralığı qoyduğun an yenə gəlir, eyni şey olur. Açıq qapı qoyma. Move on, balam. Səndən çox ona lazımdı bu münasibət.
-Həm də balam, bezmişəme bu söhbətdən. Xilas elə də məni artıq eyni adam, eyni mövzu. Doğurdan da yordu artıq. Kişi kimi söz ver, bir daha bu haqda düşünmə və zehnin üzərində qələbə qazan. enough is enough.
YAS
16 yaşım olanda nənəm rəhmətə getmişdi. Hamı bunu normal qəbul edirdi. Mən də məntiqi son olaraq bunun bu cür olacağını bilirdim, amma norma...
-
Söz vermişəm 1 ay içməyəcəm.İlk 3 gün rahat idi.Bugün əməlli mübarizə verdim. Təklik məni dəli edir, yadıma düşür necə ətrafım adamla dolu ...
-
Icimde bitmeyen yas var Onu yaxsi taniyiram Belke de menimle eyni vaxtda dogulub Icimde bir yas var Ölən de, aglayan da menem Olen her huce...